ABŞ-A QARŞI DÜNYANIN ƏN BÖYÜK BLOKUNU QURDULAR

  Avropa İttifaqı ilə Yaponiya dövləti dünyanın ən böyük ticarət bloklarından birinin yaraılması üçün imzalarını atıblar. Razılaşma ABŞ prezidenti Donald Trampın başladığı “ticarət müharibəsi”nə cavab kimi qəbul edilir.
Yaponiyanın baş naziri Şinzo Abe, Aİ Şurasının sədri Donald Tusk və Aİ Komissiyasının sədri Jan Klod Yunker Tokioda keçirilən Aİ-Yaponiya sammiti çərçivəsində İqtisadi Ortaqlıq Müqaviləsi və Strateji Ortaqlıq Müqaviləsini imzalayıblar.
Tədbirdə çıxış edən Aİ Şurası sədri Tusk Aİ ilə Yaponiyanın coğrafi baxımdan uzaq olmasına rəğmən, iqtisadi və siyasi münasibətlərinin çox güclü olduğunu bildiriblər.
İmzalanan razılaşmalarla ortaqlığın yeni bir səviyyəyə çıxdığını bildirən Tusk deyib: “Bu, indiyə qədər bağlanan ən böyük ikitərəfli müqavilədir”.
Tusk qlobal iqtisadi sistemin tənqid edildiyi dövrdə belə bir ticarət müqaviləsi bağlamasının mükafizəkar istisadi siyasətlərə qarşı qəti cavab olduğunu vurğulayıb.
Hurriyyet.org
Tarix: 18-07-2018, 00:22
Xəbəri paylaş





Xəbər lenti