RUSİYA: "KİNJAL" "İSKƏNDƏR"DƏN DƏ ÜSTÜNDÜR

 Rusiyanın dövlət müdafiə sənayesi komleksindən olan bir mənbə “Ria-novosti”yə müsahibəsində deyib: “Kinjal” hipersonik raketi, operativ-taktiki “İskəndər” operativ-taktiki kompleksləri ilə müqayisədə üç dəfə uzaqda yerləşən hədəfləri vura bilir.
MiQ-31K qırıcılarına əlavə edilən bu raketlər 1,5 min km uzaqlıqdakı hədəfləri vura bilir. “İnkəndər-M” kompleksləri isə 500 km məsafədəki hədəflərin dəf edilməsi üçün nəzərdə tutulub.
Ekspert deyib: “Məsələ bundadır ki, yerdən atılan ballistik raketlərin enerjisi yerin cazibə qüvvəsinin dəf edilməsinə sərf edilir. Halbuki, aviasiya raketində bu qüvvəni dəf eləməyə və enerjini üfiq üzrə sürət götürməyə sərf eləməyə ehtiyac yoxdur – çünki raketi daşıyan təyyarə özü atəş açılan zaman fövqəlsəs sürəti ilə uçur”.
Bu baharda “Kinjal” raketləri ilə təchiz edilmiş on ədəd MiQ-31 təyyarəsi Rusiyanın Cənub hərbi dairəsində yerləşdirilib.
Hurriyyet.org
Tarix: 18-07-2018, 19:51
Xəbəri paylaş





Xəbər lenti