Yəhudilərə AĞIR ZƏRBƏ


Yəhudilərə AĞIR ZƏRBƏ

Kanadada bir şəhərdə toplu halında yaşayan 60-a yaxın Hasidik yəhudisi məhkəmənin qərarı ilə bölgədən çıxarılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb sakinlərin həmin qrupdan mütəmadi şikayət etməsidir.

Ölkənin Montreal şəhərindən 100 km məsafədə yerləşən Sainte-Agathe-des Monts bölgəsinin bələdiyyə sədri Denis Çalifuks həmin yəhudilərin ətrafı zibillədikləri və səs-küyə səbəb olduqlarından sakinlərin şikayətçi olduğunu deyib. Onun sözlərinə görə, bölgədən yəhudilərin çıxarılması tam başa çatıb.

Bələdiyyə sədri bildirib ki, yəhudi qrup yaşadıqları evi ibadətxana və yataqxana kimi istifadə edir. Hər il yay aylarında çoxlu sayda gənc yəhudi bu əraziyə gəlir. Bölgə sakinləri həmin yəhudilərin binaların ətrafını zibilləmələri və gecə gec saatlara qədər yüksək səsli musiqi dinləmələri, iclaslar keçirmələrindən şikayət ediblər.

Qeyd edək ki, Hasidizm XVIII əsrdə yaranan və bu günə qədər davam edən dini hərəkatdır. Sözün mənası dindarlıqdır, bu hərəkat da dindarlar mənasını verir. Hasidik yəhudiləri digər yəhudi qruplarından geyimləri, adətləri və dini həyatlarını hər yerdə yaymaları ayırır. Bu yəhudilər sionizmə qarşıdırlar, yəhudi və müsəlmanların bir yerdə sülh şəraitində yaşaya biləcəklərinə inanırlar. Onlar İsrail dövlətini tanımır.

Gülxar

Tarix: 28-07-2018, 11:48
Xəbəri paylaş





Xəbər lenti