Rusiyanın Suriyadakı hərbi bazasına hücum


Suriyada Rusiyanın Xmeymim təyyarə bazasına pilotsuz təyyarə ilə hücuma cəhd edilib.

RİA Novosti xəbər verir ki, bu barədə Suriyada duşmənçilik edən tərəflərin barışığı üzrə Rusiya Mərkəzi bildirib.

Bazaya yaxınlaşan pilotsuz təyyarə aşkarlanaraq zenit-raket sistemləri ilə məhv edilib.

“Zərər çəkənlər və ya maddi ziyan yoxdur. Rusiya təyyarə bazası plan rejimində işləyir”, - deyə xəbərdə qeyd edilir.

Tarix: 29-07-2018, 08:59
Xəbəri paylaş





Xəbər lenti