Moskva ətrafında artistləri daşıyan avtobus aşıb, 16 nəfər xəsarət alıb


Moskva vilayətinin Domodedov rayonunda “A 107” magistral yolla hərəkət edən avtobus aşıb.

APA-nın Rusiya FHN-ə istinadən verdiyi xəbərə görə, hadisə ötən gün axşam Belıye Stolbı yaşayış məntəqəsinin yaxınlığında baş verib.

Məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus yolun kənarındakı xəndəyə aşıb.

“Moskva-İjevsk” marşrutu ilə hərəkət edən avtobusda 27 sərnişin və 2 sürücü olub.

Qəza nəticəsində 16 nəfər xəsarət alıb.

Məlumata görə, avtobus xalq mahnı və rəqs ansamblının artistlərini daşıyıb.

Tarix: 29-07-2018, 09:00
Xəbəri paylaş





Xəbər lenti