Rusiyanın müxtəlif şəhərlərində minlərlə insan təqaüd yaşının qaldırılmasına qarşı keçirilən etirazlara qatılıb. Paytaxt Moskvada nümayiş iştirakçıları "Biz pensiyaya yaşamaq istəyirik, işdə ölmək yox!" şüarını gəzdiriblər. Planlara görə, kişilər üçün təqaüd yaşı 60-dan 65, qadınlar üçün isə 55-dən 63-ə qaldırılmalıdır. Buna səbəblərdən biri içşi qüvvəsinin azalmasıdır.
Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə görə, Rusiyada kişilərin gözlənilən orta ömür uzunluğu 66, qadınların isə 77 ildir.
Cebhe.info xəbər verir ki, həmkarlar ittifaqları bir çox insanın pensiya yaşına çata bilməcəyini deyir.
Təqaüd yaşının 2019-cu ildən başlayaraq tədricən artırılması nəzərdə tutulub. Qadınlar üçün yeni təqaüd yaşına keçid dövrü 2034-cü ilədək, kişilər üçün isə 2028-ci ilədək uzanacaq.
Rusiyada Pensiya Fonduna hər ay üçün ayırmalar 8 min rubla yaxındır. Bu isə orta əmək stajı üçün dörd milyon rubl civarında məbləğ deməkdir. Təqaüdə çıxan Rusiya vətəndaşı orta hesabla hər ay 13 min rubl pensiya alır. Ekspertlərin hesablamalarına görə, Rusiya hökuməti bu hesabla Pensiya Fonduna ayırmalardan verilən pensiyanı vətəndaşa 84 yaşında ödəyir. Bundan sonra dövlət vətəndaşı öz hesabına təmin etməli olacaq. Əgər yaş həddini artırarsa, pensiyaçı öz pulunu 93 yaşında almalı olacaq.
Digər problem isə Rusiyada pensiya ödənişləri üçün maliyyə qıtlığının olması ilə bağlıdır. Dövlət büdcəsindən Pensiya Fonduna köçürmələr həm də ödənişlərə xərclənir.
Ölkədə digər mühüm problem Rusiyada pensionerləırin sayca işləyən əhalidən çox olmasıdır.