Paşinyanın "rəqib ovu": Nəyə hesablanıb?


Paşinyanın "rəqib ovu": Nəyə hesablanıb?

Bir müddət əvvəl Ermənistan baş prokrorluğunun təqdimatı əsasında ölkənin ali məhkəməsi keçmiş prezident Robert Köçəryan barəsində həbs qətiimkan tədbiri seçdi. Dövlət ittihamçısının iddiasına görə Köçəryan hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunur.

Cebhe.info xəbər verir ki, Qərbi Kaspi Universitetinin eksperti Zeynal Əmrəliyevin sözlərinə görə Köçəryan barədə ittihamlar sübut olunarsa, eks-prezidenti 15 ildən 18 ilə qədər həbs cəzası gözləyir:

“Əvvəla Köçəryanın kimliyinə və hakimiyyətə necə gəldiyinə, yaxud gətirildiyinə qısa bir nəzər salaq. 31 avqust 1954-cü ildə Azərbaycanın Xankəndi şəhərində anadan olub. Müharibə zamanı erməni ordusunu səhra komandiri olmuş, Azərbaycan xalqına qarşı gərçəkləşmiş terorun əsas təşkilatçılarından biridir. Qarabağda qondarma rejimin əsas qurucularından biri olmuş, 1992-1994-cü illərdə bu saxda qurumun ''baş naziri'' 1994-1997-ci illərdə illərdə isə burda ''prezident''lik etmişdir.1997-ci ildə Ermənistan prezidenti Levon Ter-Petrosyan tərəfindən Ermənistanın baş naziri vəzifəsinə təyin olunur.Burda diqqəti bir məsələyə çəkmək istəyirəm. Erməni tərəfi həmişə Qarabağın ''müstəqill''iyini istədiyini bildirir və ordakı qondarma rejimin ayrıca ''dövlət'' olduğunu iddia edir.

Necə olur ki bir dövlətin prezidenti səlahiyyətlərini icra etməyə davam edərkən başqa bir dövlətin başçısı tərəfindən öz ölkəsinə baş nazir təyin edilsin. Buradan da görünür ki, ermənilər dünyanı necə aldadırlar. Mövzudan kənara çıxmasaq görərik ki, Köçəryan Petrosyandan sonra ölkənin başına keçir. Bununla da Ermənistanda klanlaşmış terorçu bir rejimin əsası qoyulur. Köçəryan Qarabağdakı nə qədər tanıdığı ermənilər varsa dövlət idarəçiliyinə gətirir. Təbii olaraq yerli ermənilər prosesdən kənarlaşdırılır. Ermənistanda anadan olmuş insanların övladları məhz onun dövründə daha çox cəbhə bölgəsinə göndərilir. Burda o əsgərlərin valideyinlərinin ''başqasının torpağı mənim nəyimə lazımdır ki balamı ölümə göndərirəm?'' deyə düşündüyünə tam əminəm. Köçəryanın Ermənistanın başına Rusiya tərəfindən gətiridildiyini bilməyən yoxdur”.

Politoloq xatırladıb ki, 27 oktyabr 1999-cu ildə Ermənistan parlamentində yaşanan məşhur gülləbaran olayı ilə onun hakimiyyəti bölüşməyə məcbur olmuş və eslən Ermənistandan olan dövrün baş nazir, erməni ordusunun qurucusu hesab edilən Vazgen Sarkisyan və parlamentin sədri, sovet dövrü Ermənistanına rəhbərlik etmiş Karen Dəmirçiyan öldürülür:

“Bununla da artıq ölkədə onun sözünün qabağına söz deyəcək heç kim qalmır. 2008-ci ildə isə hakimiyyəti ənənəvi müttəfiqi Serji Sarkisyana devr edərək ağalarının yanına, Rusiyay gedir və Qazpromun vitse-prezidenti vəzifəsinə təyin olunur. Hakimiyyətin ötürülməsi zaman saxta seçkilərə etiraz edən dinc insanların üzərinə ordu yeridilib insanların gülləbaran edilməsidə unudulmamalıdır.Bu həbsə gəlincə isə şübhəsiz ki, siyasi motivlidir. Nikol Paşinyanın dərdinin Ermənistanda ədaləti bərpa etmək yox, əsas siyasi rəqiblərini sıradan çıxarmaq olduğunu bilməyən yoxdur. Serji Sarkisyan istefa verdikdən sorada artıq Respublikaçılar Partiyasının liderləri fərsiz Sarkisyandan qurtulmağın ən gözəl yolunu məqsədi üçün hər şeyi gözə alan Köçəryanı partiyanın başına keçirməkdə görürdülər.

Paşinyan Köçəryanın ona qarşı edəcəyi fəndlərdən qorxaraq onu həbs etdirib zərərsizləşdirdi. Ermənistanda artıq eks-prezidentlərin toxunulmazlıq statusu sındırılıb. Bunu Köçəryanın həbsi ilə də gördük. Serj isə qorxaraq bir neçə gün öncə müalicə adı ilə Romaya sinyor ağalarının yanına qaçdı. İndi Sarkisyanın qarşısında 2 seçim var. Ya ölkəyə dönüb partiyasının başına keçib Paşinyana qarşı mübarizə aparmalıdır. Bu onun şəxsi üçün risklidir. Çünki həbs olunma ehtimalı çox yüksəkdir.Yada ki, partiyasından ümumiyyətcə imtina edib siyasi mühacirətdən müxalifliyi sürdürməlidir. Bu zamanda qorxaq ittihamı ilə üzləşəcək və nüfuzu xeyli aşağı düşəcək. Artıq yavaş-yavaş bu proses baş verməkdədir. Zənnimcə, Ermənistanda baş verən hakiyyət dəyişikliyi heç nəyi dəyişməyəcək. Sadəcə hakimiyyəti zəbt etmiş bir klan idi, indi yenisi ilə əvəz olunur. Parlament seçkiləri qabağı Paşinyanın elədiyi bu ''rəqib ovu''da məhz buna hesablanıb”.

Alçina Amilqızı

Tarix: 2-08-2018, 11:39
Xəbəri paylaş





Xəbər lenti