ABŞ-ın sanksiyalarına Rusiyadan sərt reaksiya Region


ABŞ-ın sanksiyalarına Rusiyadan sərt reaksiya

ABŞ-ın Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə sanskiya tətbiq etməsinin ardınca Rusiyadan ilk reaksiya gəlib.

Publika.az xəbər verir ki, Rusiya Federal Dümasının alt qanadının Beynəlxalq Münasibətlər Komitəsinin sədr köməkçisi Aleksey Çepa ABŞ-ı tənqid edib.

Millət vəkili ABŞ-ın ünvanına “öz maraqlarına uyğunlaşmayan hər ölkəyə sanksiya tətbiq edirlər” ifadələrini işlədib:

“Rusiyada belə bir söz var: Ordu və dəniz donanmasından daha yaxşı müttəfiq yoxdur. Amerikanın isə ABŞ dollarından başqa müttəfiqi yoxdur. Avropa güclü olanda onlar Avropa İttifaqına qarşı dayanırlar. Çin güclənir, Çinə düşmən olurlar. Türkiyə də ABŞ-ın istədiyi kimi davranmayanda dərhal sanksiyalar və ticarət savaşları meydana çıxır”.

Qeyd edək ki, Ağ Evin sözçüsü Sara Sanders mətbuat konfransında Türkiyənin iki nazirinə sanksiya tətbiq ediləcəyini bildirmişdi. Buna səbəb olaraq amerikalı rahib Endryu Bransonun Türkiyədə həbsdə saxlanılması və həmin iki nazirin bu həbsdə oynadıqları rol göstərilib.

Tarix: 2-08-2018, 15:08
Xəbəri paylaş





Xəbər lenti