Xüsusi prokuror: Tramp suallara üz-üzə cavab verəcək – Məsələ ciddiləşdi



ABŞ Prezidenti Donald Trampa 2016-cı il prezident seçkilərində Rusiyanın dəstək verdiyi iddiasını ilə bağlı araşdırma aparan xüsusi prokuror Robert Müller prezidentdən üz-üzə ifadə alacağını bəyan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumatda qeyd edilir ki, “Rusiya izi” ilə bağlı sərt yanaşma son günlər ciddiləşib. Bu iş artıq Tramp administrasiyasına zərər verəcək bir mövzuya çevrilib.

Xəbərə görə, Prezident Tramp araşdırmanı başa çatdırmaq üçün ədliyyə naziri Sessionsa ən sərt müraciətini bu gecə edib. Prezidentin hüquqşünas heyəti “Rusiya izi”nin araşdırması ilə bağlı suallara Trampın yazılı cavab vermək niyyətində olduğunu bildirib.

Vəkillərin bu açıqlamasına rəğmən prokuror Müller prezident Trampa üz-üzə görüşərək suallara cavab almaq niyyətində olduğunu söyləyib.


Tarix: 2-08-2018, 15:15
Xəbəri paylaş





Xəbər lenti