“Rusiya bizi zəiflətmək məqsədi ilə...” - ABŞ-ın kəşfiyyat şefindən İTTİHAM


“Rusiya bizi zəiflətmək məqsədi ilə...” - ABŞ-ın kəşfiyyat şefindən İTTİHAM

Rusiya 2018-ci ildə ABŞ Konqresinə keçiriləcək aralıq seçkiləri ərəfəsində Amerika cəmiyyətinə təsir göstərmək cəhdlərinə təşəbbüs etməyə davam edir.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Daniel Kouts jurnalistlərə bildirib.

“2018-ci ildə Konqresə aralıq seçkilərinə Rusiyanın cəlb olunmasına gəlincə, Rusiya bizi zəiflətmək məqsədi ilə hər yerdə təbliğatçılıq kampaniyasına davam edir”, - Kouts iddia edib.

Onun sözlərinə görə, Rusiya ABŞ-da daxili siyasi vəziyyətə təsir göstərilməsində maraqlı olan tək ölkə deyil. Milli Kəşfiyyat İdarəsinin rəhbəri əlavə edib ki, hazırda 2016-cı il prezident seçkiləri ərəfəsində olduğu kimi, Rusiyanın ABŞ-dakı siyasi proseslərə genişmiqyaslı müdaxilə cəhdlərini görmür.

“2016-cı ildə gördüyümüz dinamik kampaniyalar Konqresə aralıq seçkilərindən əvvəl yoxdur. Biz bilirik ki, Rusiya onilliklər boyunca Amerikada nifaqı yaymaq üçün özünün təbliğat alətlərində istifadə etməyə çalışırdı”, - Kouts deyib.

Tarix: 2-08-2018, 23:28
Xəbəri paylaş





Xəbər lenti