Fırtına öncəsi səssizlik POZULDU: Türkiyə-ABŞ arasında ilk üzləşmə və SAATLAR SONRA... - YENİLƏNDİ


Fırtına öncəsi səssizlik POZULDU: Türkiyə-ABŞ arasında ilk üzləşmə və SAATLAR SONRA... - YENİLƏNDİ

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında görüş baş tutub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ikili arasında Sinqapurda keçirilən görüş 45 dəqiqə davam edib. 51-ci Cənub-şərqi Asiya Millətlər Birliyi Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində Sinqapurda olan rəsmilər ABŞ-ın Türkiyənin dövlət təmsilçilərinə sanksiya tətbiq etməsi məsələsini müzakirə ediblər.

“Röyters” xəbər agentliyinin son dəqiqə məlumatına görə, görüşdə tərəflər arasında razılıq əldə edilib.

Qeyd edək ki, ABŞ-ın Maliyyə Nazirliyinin Xarici İnvestitorlara Nəzarət Ofisi Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soylunun ABŞ-da olan hesablarını dondurmaq qərarını verib. Nazirləriə sanksiyalar amerikalı rahib Endryu Bransonun Türkiyədə həbs olunmasında fəaliyyətindən dolayı tətbiq edilib.

***

ABŞ-ın rahib Andrey Kreyk Brunsonun həbsinə əsas gətirərək Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə qarşı sanksiyalar tətbiq etməsi iki arasındakı münasibətləri daha da pisləşdirdi. Gözlər Türkiyənin verəcəyi cavaba çevrildi.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın sanksiya qərarından sonra ilk rəsmi təmas bu gün olacaq.

Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Mayk Pompeo Sinqapurda ASEAN saamiti çərçivəsində görüşəcək.

KİV bildirir ki, Ankaranın ABŞ-a qarşı atacağı addımlar artıq masa üzərindədir. Kritik görüş öncəsi bağlı qapılar arxasında aparılan görüşlərdə iki nazirə qarşı sanksiya qərarından sonra Türkiyəyə qarşı hansı addımlar atıla biləcəyi, həmçinin Türkiyənin cavab variantları müzakirə edilib. Xarici siyasət idarələrinin başçılarının keçirəcəyi görüş bir sıra məsələlərə aydınlıq gətirə, proseslərin hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirə bilər.

Tarix: 3-08-2018, 10:35
Xəbəri paylaş





Xəbər lenti