Tramp-media savaşı amansız məzmun almağa başlayıb


Ağ Evin sahibi hələlik mətbuatin qarşısından geri çəkilmədiyini göstərir

ABŞ-ın nüfuzlu “The New York Times” qəzetinin naşiri Artur Oks Sultsberger ABŞ prezidenti Donald Trampa məktub yazaraq onda jurnalistlərlə davranışını dəyişdirməsini istəyib. Bu müraciət qəzetin saytında dərc olunub. 

A.Sultserberq Trampın jurnalistləri “xalq düşmənləri” adlandırmasından narahat olduğunu, həmçinin Ağ Evin sahibinin mediaya yönəlik təxribatçı söyləmlərinin mətbuat işçilərinə qarşı zorakılıq hadisələrini artırdığını bildirib.

“NYT”-nın sahibi həmçinin prezidenti “ABŞ-ın demokratik idealları”nı təhdid altına almaqda ittiham edib.

Təbii ki, ABŞ prezidentinin reaksiyası özünü çox gözlətməyib. Tramp həmişəki kimi özünün əsas silahı sayılan tvitter vasitəsilə Sultsbergerə cavab verib.

ÐаÑÑинки по запÑоÑÑ Arthur O. Sulzberger trump
Artur Sultsberger

ABŞ prezidenti bunun üçün 4 mesaj yayımlayıb və onların hər biri qəzəb və kin dolu olub: “Mətbuat “Trampa qarşı nifrət” sindromundan ağlını ititrərək bizim hökumətin daxili işlərini açıb, tökdüyü zaman təkcə jurnalistlərin deyil, bir çox insanın həyatını təhlükə altında qoyur. Bu isə olduqca qeyri-vətənpərvər hərəkətdir”.

Trampın sözlərinə görə, hökumətin gördüyü bir çox müsbət işlərə rəğmən ABŞ mediası onun administrasiyasının fəaliyyətini həmişə neqativ çalarlarla təsvir edir.

O, həmçinin KİV nümayəndələrini verdikləri məlumatlarda dəqiq olmağa çağırıb: “Mən imkan verə bilmərəm ki, bizim böyük ölkəmiz ölməkdə olan qəzet sənayesində çalışan antitrampçılara və heyterlərə (nifrət edənlərə) satılsın”.

ÐаÑÑинки по запÑоÑÑ trump tweet media

Donald Tramp “The New York Times” və “The Washington Post” qəzetlərini uğursuz adlandıraraq onların həmişə neqativ ritorikadan istifadə etdiyini bildirib.

Onu da qeyd edək ki, Tramp dəfələrlə sevmədiyi sualları ona yönəldən və davranışlarını təhqiredici saydığı jurnalistləri Ağ Evdən qovaraq cəzalandırmaq istəyib.

“The Washington Post” Ağ Evdəki mənbələrinə istinadən Trampın “Suallarını bağıraraq verən şəxslər ən bərbad insanlardır. Onların burada nə işi var?”, - deyə ətrafındakılara söyləndiyini qeyd edib.

ÐаÑÑинки по запÑоÑÑ trump media

ABŞ mediasının yazdığına görə, Trampın köməkçiləri onun medianı qovmaqla bağlı sərəncamlarına qarşı müqavimət göstəriblər. Hər halda Tramp bununla bağlı addımlar atır. İyulun 25-də Ağ Evin mətbuat katibi Sara Sanders CNN telekanalının jurnalisti Keytlin Kollinsin ABŞ prezidentinin iştirakı ilə keçirilən tədbirləri işıqlandırmaq hüququndan məhrum edildiyini açıqlayıb.

Lakin bu addım bütün medianı, hətta Trampı şəksiz müdafiə edən “Fox News” kanalını ayağa qaldırıb.

Ağ Ev jurnalistləri assosiasiyasının prezidenti Olviye Noks təşkilatın Trampın jurnalistlərin fəaliyyətini məhdudlaşdıran istənilən addımına qarşı savaşacaqlarını açıqlayıb.

Musavat.com

Tarix: 3-08-2018, 23:47
Xəbəri paylaş





Xəbər lenti