NATO və rus ordusu Gürcüstanda üz-üzə gələ bilər - təhlükə


Alyansın hərbi təlimlərə başlamasından bir gün sonra Moskva hərəkətə keçdi

Avqustun 1-dən etibarən Gürcüstanda NATO-nun sayca dördüncü çoxmillətli “Noble Partner” (“Layiqli tərəfdaş”) hərbi təlimləri keçirilir. Gələn xəbərlərdən belə aydın olur ki, alyansın Cənubi Qafqazda ənənə halını almış təlimləri Rusiya tərəfindən qıcıqlı və hiddətli reaksiya doğurub.

Belə ki, NATO-nun çoxmillətli “Noble Partner-2018" təlimlərinin başlamasından cəmi bir gün sonra Rusiyanın separatçı Abxaziya bölgəsindəki qoşunları həyəcan siqnalı ilə poliqonlara yeridilib. Cənub Hərbi Dairəsinin yaydığı məlumata əsasən, Rusiya ordusunun 2.5 mindən çox hərbi qulluqçusu və 600-dən çox silah vahidi, hərbi texnikası, o cümlədən Qara dəniz donanmasının dəniz piyadaları, motoatıcı bölmələr irimiqyaslı təlimlərə başlayıblar. Təlimlərdə şərti düşmənin desantının neytrallaşdırılması, həmlə və əks həmlə əməliyyatları sınaqdan keçirilir. Analitiklər şübhə etmir ki, Rusiya ordusunun Abxaziyada başlatdığı təlimlər NATO təlimlərinə cavabdır. ”Noble Partner-2018" təlimlərində 1300 gürcü və 1170 Amerika əsgəri, habelə NATO-nun səkkiz ölkəsindən daha bir neçə yüz hərbçi iştirak edir. Təlimlər Rusiya ilə Gürcüstan arasında 2008-ci ilin avqust müharibəsinin 10-cu ildönümü ərəfəsində başlayıb. Azərbaycan və Ermənistan da bu təlimlərdə məhdud kontingentlə iştirak edir. Təlimlərin əsas iştirakçısı olan ABŞ ordusu Gürcüstana 12 “Bredli” piyada döyüş maşını, motoatıcı rota, 5 “Abrams” tankı, 9 “Apache” və “Blackhawk” vertolyotları göndərib.

NATO and Russia army ile ilgili görsel sonucu

Gürcüstan prezidenti Birləşmiş Ştatlar və NATO-nun bir neçə ölkəsi ilə birgə iki həftə sürəcək hərbi təlimlərdən öncə Rusiyanı ölkəsinin bir hissəsini qeyri-qanuni işğal etdiyinə görə qınayıb. Virtualaz.org xəbər verir ki, təlimlərin açılışında Gürcüstan prezidenti Georgi Marqvelaşvili NATO kontingentinə müraciətlə deyib: “Bu gün siz o ölkənin ərazisindəsiniz ki, torpaqlarının 20 faizi qonşu Rusiya tərəfindən tamamilə qanunsuz şəkildə işğal edilib”. Rusiyalı politoloq Arkadi Dubnov Abxaziyada başlayan irimiqyaslı təlimlərin kifayət qədər sadə səbəbinin olduğunu deyib. Onun mövqeyinə görə, söhbət bundan gedir ki, Moskva özünün Cənubi Qafqaz regionunda xüsusi maraqlarının olduğunu dönə-dönə təsdiq etməyə hazırdır. “Ona görə də istənilən ”regiondankənar oyunçunun" bu məkanda peyda olması Kreml üçün qəbuledilməzdir. Yəqin Moskva bu qırmızı xətti göstərmək istəyir və Qərbə mesaj verir ki, onu keçmək lazım deyil. İlk növbədə söhbət NATO-nun genişləndirilməsindən gedir. Çünki NATO-nun sonuncu sammitində Gürcüstanın alyansa üzvlüyü barədə növbəti dəfə vəd verilib. Bu isə Rusiya üçün qəbul edilməzdir"-ekspert deyib.

Məlumatda deyilir ki, Azərbaycan və Ermənistanın bu təlimlərdə iştirakı məsələsi də hər dəfə xüsusi həssaslıqla nəzərdən keçirilib. Gürcüstan Müdafiə Nazirliyinin saytında yer alan rəsmi məlumata əsasən, Azərbaycan və Ermənistan təlimlərdə iştirakını təsdiq ediblər. Onların adları 13 ölkənin siyahısındadır. Təlimlərdə NATO üzvü olan ölkələrdən 3 mindən çox hərbçi, o cümlədən ABŞ ordusunun 1500-ə yaxın hərbçisi, onlarla “Abrams” tankları və “Apaçi” vertolyotları, digər hərbi texnikası iştirak edur. Amerika hərbi texnikası Gürcüstana dəniz yolu ilə gətirilib, Poti limanında boşaldıllb və oradan tanklar Tiflis yaxınlığındakı Vaziani hərbi bazasına doğru hərəkət edib. Təlimlərə alyansa üzv ölkələrdən ABŞ-la yanaşı, Türkiyə, Fransa və Almaniya da qatılıb. Gürcüstanın 1300, Birləşmiş Ştatların 1170 və digər NATO ölkələrindən bir neçə yüz əsgərin iştirak etdiyi manevrlər Gürcüstan və Rusiya arasında müharibənin 10 illiyinin tamam olmasından bir neçə gün əvvəl başlayıb. Hərbi təlimə ümumilikdə 3 mindən çox hərbçi qatılıb. Vaşinqton təlimlərə Bradley piyadaların 12 hərbi maşını, 5 ədəd M1A2 Abrams tank və 9 “Blackhawk” və “Apache” vertolyotu göndərib. NATO üzvü olmayan Ukrayna, Ermənistan və Azərbaycan da hərbi təlimlərə əsgər göndərib.

Georgi MarqvelaÅvili ile ilgili görsel sonucu

Bəyan olunub ki, təlimlərdə ABŞ və Almaniyanın hərbi texnikasından istifadə olunacaq. Hərbi təlimin keçirilməsində məqsəd Gürcüstan, ABŞ və tərəfdaş ölkələrin silahlı qüvvələrinin hazırlığının artırılması və qarşılıqlı əməkdaşlığın gücləndirilməsidir. Moskva yaxşı anlayır ki, Ukrayna və Gürcüstan NATO-ya inteqrasiya məsələsində israrlı mövqedədir, odur ki, bu siyasətin qarşısını almaq üçün çeşidli planlar qurur. Gürcüstanın işğal altındakı ərazilərində keçirilən hərbi təlimlər də NATO-ya, paralel olaraq Gürcüstana meydan oxumaqdır. Azərbaycan hərbçilərinin də iştirak etdiyi hərbi təlimlərə qarşı hər hansı təxribata əl atıla biləcəyindən təbii olaraq narahatlıq var. Lakin Azərbaycanda hesab edirlər ki, Rusiya ölkəmizin bu təlimlərə qatılmasına hər hansı formada etirazını bildirə bilməz, çünki bir qrup hərbçimiz paralel olaraq Rusiyanın təşkilatçılığı ilə keçirilən hərbi təlimlərdə də iştirakçıdır.

Ãzeyir CÉfÉrov ile ilgili görsel sonucu

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın hərəkətə keçməsi təəccüblü deyil: “Avqustun 1-dən 15-dək Gürcüstanda NATO-nun çoxmillətli ”Noble Partner-2018" təlimlərinin keçiriləcəyi haqqında məlumat olan kimi şimal qonşumuz dərhal öz narazılığını və narahatçılığını müxtəlif formalarda bildirməyə başladı. Amma bunun təlimdə iştiraka razılıq vermiş ölkələrə zərrə qədər təsiri olmadığını görüncə, onlar dərhal separatçı Abxaziya bölgəsindəki qoşunlarını hərəkətə gətirdilər. Zatən bəlli bir məsələdir ki, NATO öz təlimlərini nə pozan deyil, nə Rusiyanın işğal etdiyi Gürcüstan ərazilərinə yeridən deyil. Amma buna baxmayaraq, hər zaman ambisiyalı olan rəsmi Moskva Cənub Federal Hərbi Dairəsinin qoşunları vasitəsilə bir növ NATO-ya və ev sahibliyi edən Gürcüstan tərəfinə də bir əzələ nümayişi göstərmək niyyətindədir. Həm də 2008-ci ilin 8 avqust tarixi də təlimlərin keçirildiyi vaxta təsadüf edir deyə, ruslar bərk narahatdırlar. Məhz yuxarıda göstərilən tarixin 10 illiyində Rusiya siyasi-hərbi rəhbərliyi narahatdır ki, birdən nə isə ola bilər".

Ancaq polkovnik-leytenant bir daha vurğuladı ki, NATO belə bir avantüraya heç vaxt getməz: “Ancaq yaxın gələcəkdə, Tiflis alyansa rəsmi qəbul olunduqdan sonra çox ciddi hadisələrin baş verməsi qaçılmaz olacaq. Onsuz da bir müddət sonra məhz NATO-nun təzyiq və təsirindən sonra ruslar 2008-ci ildə işğal etdikləri iki muxtar respublikanın ərazisindən çıxmağa məcbur olacaqlar. İndiki halda isə sadəcə, ruslar özlərini sığortalamaq üçün belə bir addımı atmağa məcbur olublar. 2.5 mindən çox hərbi qulluqçunu və 600-dən çox silah vahidi, hərbi texnikanı, eləcə də hətta çox nadir hallarda bizim regiondakı proseslərə cəlb etdikləri Qara dəniz hərbi donanmasının dəniz piyadalarını, motoatıcı bölmələrini də təlim adı ilə ayağa qaldırmaq, sadəcə, bir məcburi gediş kimi başa düşülməlidir. NATO təlimlərinə rusların keçirdiyi təlimlərin də heç bir təsiri olmayacaq. Anlayıram ki, orada Azərbaycan ordusunun şəxsi heyəti də təmsil olunur və bəzi dostlarımızın narahatçılığı da başadüşülən və anlaşılandır. Amma hamısı Rusiya tərəfindən bu addımı həm başa düşürlər, həm də tam əmindirlər ki, heç bir narahatçılıq ola bilməz. İndiki halda Putin və generalları hansısa addımları atmağa nə cəhd etməzlər, nə də özlərinə əlavə problemlər yaratmazlar. Rusiya üçün sürpriz olan məsələlərdən biri, sadəcə, bu təlimlərdə iştirak edən müasir hərbi texnikaların bir qisminin təmənnasız şəkildə Gürcüstan Silahlı Qüvvələrinə təqdim edilməsi olacaq. ABŞ ordusunun Gürcüstana gətirdiyi 12 ”Bredli" piyada döyüş maşınından, 5 “Abrams” tankından, 9 “Apache” və “Blackhawk” vertolyotlarından neçəsinin NATO-nun yeni üzvlərindən biri olmağa çox yaxın olan qonşumuz Gürcüstan Silahlı Qüvvələrinə veriləcəyi də gələn həftələrdə elan olunacaq".

E.PAŞASOY

Tarix: 4-08-2018, 10:03
Xəbəri paylaş





Xəbər lenti