ABŞ-ın İrana hücum planı: Bütün region... - Tam təfərrüat

 Bu hərbi müdaxilə ssenarisi sadəcə sənədli sübuta malik olmayan müəlliflərin fantaziyasıdır. İkincisi, belə bir ssenarinin həyata keçirilməsi üçün regionda şərtlər hələ uyğun deyildir. Bundan başqa, nə ABŞ, nə də Avropa ölkələri bu gün İrana hücum edəcəkləri təqdirdə İranı nəzarət altına alacaqlarını, yaxud bölgədəki rolunu sıfıra endirəcəklərini düşünürlər.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın "Nəşnl İnterest" jurnalının İrana hərbi müdaxilə ilə bağlı yaydığı ssenariyə münasibət bildirərkən İranın Yaxın Şərq üzrə eksperti, keçmiş diplomat Hadi Əfqahi deyib.

Əfqahi daha əhəmiyyətli problemlərin olduğunu söyləyib:

"Tramp İran neftinin ixracının dayandırılması barədə təhdidlərindən sonra özü də bu təhdidlərlə qarşı-qarşıya qaldı. Belə ki, İrana qarşı neft embarqosu tətbiq edilsə, Hörmüz boğazını bağlayacağıq. Bu yaxınlarda Yəmənin Səudiyyə Ərəbistanının neft gəmilərinə raket atmasından sonra Bab ül-Məndəb üzərindən neft ixracı dayandırıldı. Bu, bütün regionu savaşın içinə çəkəcək və ABŞ-a heç bir fayda verməyəcək. Çox həssas bir mövzudur. Əgər belə bir şey olsa, tək səbəbkarı ABŞ olacaq. Başqa bir qitədən gələrək Hörmüzdə qarışıqlıq yaratmağa çalışırlar. Əgər qarşıdurma olsa, bu, İran və ABŞ-la məhdudlaşmayacaq. Bir çox ölkə və fərqli ölkələrdən cihadçı qruplar savaşın içinə daxil olacaq".

Qeyd edək ki, "Nəşnl İnterest" jurnalı ABŞ-ın İrana qarşı İraqdan 2026-cı ildə hərbi müdaxilə ediləcəyi barədə məlumat yayıb.
 . 
Tarix: 4-08-2018, 10:19
Xəbəri paylaş





Xəbər lenti