Moskvadan Vaşinqtona MƏXFİ MƏKTUB: “Kömək edin"

 


Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimov ABŞ-dan olan həmkarı Cozef Danforda məxfi məktub göndərib. 

Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, məktubda Suriyaya dair təkliflər yer alıb.

Gerasimov məktubunda rəsmi Vaşinqtonu prezident Bəşər Əsədin nəzarətində olan ərazilərdə bərpa işlərinə köməyə dəvət edib. Moskva suriyalı qaçqınların həmin ərazilərə qaytarılmasını istəyir.

Məktubda o da vurğulanır ki, Suriya hakimiyyətinin infrastrukturun bərpası üçün maliyyəsi kifayət etmir.

"Reuters" agentliyi bildirir ki, rəsmi Vaşinqton Gerasimovun təkliflərini "olduqca soyuq" qarşılayıb. 

ABŞ-da hesab edirlər ki, Rusiyanı bu məsələdə ancaq Suriya böhranı tam həll edildikdən sonra dəstəkləmək mümkündür. 

Məlumata görə, Gerasimovun məktubu 19 iyulda göndərilib. Bu isə iki ölkə prezidentinin Helsinkidə keçirilən ikitərəfi görüşündən bir neçə gün sonraya təsadüf edir. 

Görünür, rəsmi Moskva danışıqlardan sonra bu məsələdə Vaşinqtonla razılıq əldə ediləcəyinə ümid edib.  

Tarix: 4-08-2018, 16:38
Xəbəri paylaş





Xəbər lenti