Boliviya prezidenti: “ABŞ və onun xidmətçiləri...”

                     Boliviya prezidenti Evo Morales Venesuela lideri Nikolas Maduroya qarşı sui-qəsd cəhdində ABŞ və onun müttəfiqlərini ittiham edib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı bu haqda tvitter hesabında bildirib.
“Biz prezident Nikolas Maduro və bolivar xalqına bu yeni təcavüzü və qorxaq hücumu qətiyyətlə ittiham edirik. Demokratik, iqtisadi, siyasi və hərbi yolla devirmək cəhdinin müvəffəqiyyətsizliyindən sonra imperiya (ABŞ – red.) və onların xidmətçiləri onun həyatına qəsd edirlər”, - dövlət başçısı yazıb.
Moralesin sözlərinə görə, bu sui-qəsd insanlığa qarşı cinayətdir.
Qeyd edək ki, parad zamanı Venesuela prezidenti Nikolas Maduroya qarşı sui-qəsd olub.
Tarix: 5-08-2018, 07:43
Xəbəri paylaş





Xəbər lenti