BMT gizli sənədi açıqladı: Sən demə, Kim Çen Trampa söz verib, sonra...


BMT gizli sənədi açıqladı: Sən demə, Kim Çen Trampa söz verib, sonra...

Birləşmiş Millətlər Təşkilatı Şimali Koreya haqqında təəccüb doğruan yeni sənəd yayımlayıb.

Publika.az xəbər verir ki, Təhlükəsizlik Şurasına təqdim edilən sənəddə ABŞ ilə son dövrlərdə müzakirə masasına oturmaq qərarı alaraq “dünyaya qapıları açmaq” siyasəti yeridən Şimali Koreyanın nüvə və raket proqramına son vermədiyi bildirilib.

Həmçinin, Pxençan hökumətinin Yaxın Şərq və Avropada bir çox bölgəyə silah göndərdiyi qeyd edilib. Şimali Koreyanın Suriayada Bəşər Əsəd rejimi ilə hərbi əməkdaşlığı və silah alış-verişi hal-hazırda da davam edir.

Qeyd edək ki, Şimali Koreya nüvə proqramı həyata keçirdiyi üçün 2006-cı ildən bəri dünya ölkələri tərəfindən sanksiyalara məruz qalır. Xüsusilə, son dövrlərdə keçirilən və ABŞ-ın adalarını hədəf alan ballistik raket sınaqları iki ölkə arasında siyasi böhrana səbəb olmuş və müharibə ocağı qurmaq üçün potensial imkan yaratmışdı. Lakin daha sonra ABŞ prezidenti Donald Tramp Şimali koreyalı həmkarı Kim Çen Inla danışıqlar masasına əyləşərək nüvə proqramının dayandırılmasına nail olmuşdu.

Tarix: 5-08-2018, 14:32
Xəbəri paylaş





Xəbər lenti