ABŞ üçün DƏHŞƏTLİ SSENARİNİ xəbər verdilər – Ən yaxın həftələrdə…


ABŞ üçün DƏHŞƏTLİ SSENARİNİ xəbər verdilər – Ən yaxın həftələrdə…

Suriyada terrorçuluğa qarşı əməliyyatda Çinin iştirakı ABŞ üçün “dəhşətli ssenari” olardı.

Publika.az xəbər verir ki, bu haqda Avstriyanın “Contra Magazin” nəşri yazıb.

Məqalənin müəllifi Çinin Dəməşqdəki səfiri Xi Xianjinin fikirlərinə istinad edib.

Səfir daha əvvəl bildirmişdi ki, Pekin Suriya xalqı və hökumətinə daha çox dəstək vermək niyyətindədir. Onun sözlərinə görə, Çin hökumət ordusunun Suriyanın İdlib bölgəsində keçirdiyi anti-terror əməliyyatlarına dəstək verəcək. Rəsmi Pekin və Dəməşq arasında imzalanmış anti-terror əməliyyatlarda birgə sazişə uyğun olaraq, Çinin yaxın həftələrdə Suriyaya ordu birləşmələri göndərəcəyi deyilir.

Qeyd edilir ki, hazırda İdlibdə “Əl-Qaidə” terror təşkilatı ilə bağlı olan Çindən gəlmiş cihadçılar var. Pekin öz növbəsində, Çində son illərdə Suriyaya gələn minlərlə uyğur terrorçusunun məhv edilməsində maraqlıdır.

“Regionda Rusiya və İrandan başqa, Çin də fəallıq göstərəcək. Onda Suriya hökuməti tezliklə öz ölkəsinin ərazisi üzərində tam nəzarəti bərpa edəcək. Ancaq bu, Vaşinqton və Fars körfəzinin ərəb ölkələri üçün dəhşətli hadisələrin inkişafı olardı”, - Avstriya nəşri yazıb.

Tarix: 6-08-2018, 09:49
Xəbəri paylaş





Xəbər lenti