Rusiyadan NATO-ya xəbərdarlıq - Gürcüstanla yenidən müharibə başlaya bilər


Rusiya NATO və Gürcüstana xəbərdarlıq edib.

BakuPost xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın Baş naziri Dmitri Medvedyev Gürcüstanın NATO-ya girməsinin böyük təhlükələrə yol aça biləcəyini bildirib. Baş nazir əgər Gürcüstan NATO üzvlüyünə daxil olarsa, 2008-ci ildə Rusiya və Gürcüstan arasında Osetiyada baş verən müharibəsinin təkrardan yaşana biləcəyini söyləyib və buna ehtiyac olmadığını deyib.

NATO-nun baş katibi Yens Stoltenberq isə NATO-nun Gürcüstanın üzvlüyə qəbul edilməsi üçün lazımi tədbirlər gördüklərini qeyd edib.

Baş katib digər tərəfdən NATO-nun Latviya, Litva və Polşanın xarici işlər nazirləri ilə görüşünü Gürcüstanın paytaxtı Tibilisidə keçirəcəyini vurğulayıb.
Tarix: 7-08-2018, 08:38
Xəbəri paylaş





Xəbər lenti