“Rusiya ilə sərhədlərin bağlanması…” - Ukrayna üçün QORXUNC PROQNOZ


“Rusiya ilə sərhədlərin bağlanması…” - Ukrayna üçün QORXUNC PROQNOZ

Ukrayna iqtisadiyyatı Rusiyayla sərhədin bağlanması nəticəsində qəti dağılacaq.

Publika.az xəbər verir ki, bu haqda “112 Ukrayna” telekanalının efirində Ukrayna Ali Radasının üzvü İqor Mosiyçuk bildirib.

Parlament üzvü qeyd edib ki, Rusiyayla dəmiryolu əlaqəsinin bağlanması hər şeydən əvvəl xaricdə işləyən Ukrayna vətəndaşlarına, həmçinin ölkə iqtisadiyyatına böyük zərər vuracaq.

Qeyd edək ki, daha əvvəl Ukraynanın infrastruktur naziri Vladimir Omelyan bildirib ki, Kiyev Moskvayla dəmiryol əlaqəsinin bağlanması variantına baxır. 2017-ci ilin sonunda isə o iddia edirdi ki, belə qərardan Ukrayna tərəfinin zərərləri yalnız bir qrivna təşkil edəcək.

Tarix: 7-08-2018, 09:52
Xəbəri paylaş





Xəbər lenti