Afrikada öldürülən jurnlaisltər Putin üçün təhlükə yaradacaq bir məsələni araşdırıblar- “The Daily Beast”


Mərkəzi Afrika Respublikasında (MAR) öldürülən jurnalistlər Kremllə sıx əlaqələri olan muzdluların izinə gedib çıxıblar.

Musavat.com xəbər verir ki, bu barədə “The Daily Beast” saytıının yazarları Anna Nemtsova və Filip Obacinin yazısında qeyd olunub.

Müəlliflər MAR-a gələn Kril Radçenko, Aleksandr Rastorquyev və Orxan Camalın ölkədə fəaliyyət göstərən rus mühafizə şirkəti və Rusiyanın almaz, uran və qızıl yataqlaırın çıxarılamasında maraqları ilə bağlı informasiyalar toplamaq üçün gəliblər.

BMT jurnalistlərin gülləbaran edilmiş cansız bədənlərinin Kemo prefekturasında yerəşən Sibut şəhərindən 33 km aralıda aşkar olunduğunu açıqlayıb.

Çinin CNC agentliynin xəbərinə görə, hücum edənləri əsasən “iri cüssəli şəxs”, yəni operator Radçenko və onun çəkdiyi materiallar maraqlandırıb. Onlar jurnalistin üzərini aramaq istəyəndə o, müqavimət göstərib. Muzdlular heç bir xəbərdarlıq etmədən onu dostlarının gözü qabağında güllələyiblər.

ÐаÑÑинки по запÑоÑÑ ÑенÑÑалÑÐ½Ð°Ñ Ð°ÑÑиканÑÐºÐ°Ñ ÑеÑпÑблика ÑбиÑÑе жÑÑналиÑÑÑ ÐºÐ°Ð´ÑÑ

Yazıda jurnalistlərin keçmiş milyarder Mixail Xodorkovskinin sponsorluq etdiyi “Araşdırmaları idarəetmə mərkəzi”nin (AİM) tapşırığı ilə yola düşdükləri vurğulanır. AİM-in rəhbəri Andrey Konyaxin jurnalistlərin öldürüldükdən sonra çəkilən kadrları gördükdən sonra özünə gələ bilmədiyini söyləyib:

“Kimsə onları qətldən öncə yerə yıxıb. Dostlarımızın sifətləri də qan içindədir. Belə çıxır ki, bu uşaqları əvvəlcə ölüncə döyüb, sonra düz ürəklərinə vurub edam ediblər”.

Məqalə müəllifləri Xodorkovskinin “facebook”dakı statusundan sitat gətirirlər. Xodorkovski Rusiya hakimiyyətinin özünün qaranlıq işlərini “şəxsi adamlara və firmalara həvalə etmək” praktikasından tez-tez istifadə etdiyini yazıb.

ÐаÑÑинки по запÑоÑÑ ÑенÑÑалÑÐ½Ð°Ñ Ð°ÑÑиканÑÐºÐ°Ñ ÑеÑпÑблика Vagner

Yazıda Rusiyanın Qərb qoşunlarının MAR-dan çəkilməsindən olduqca məharətlə yararlandığı qeyd dolunub. Təkcə 2018-ci ildə Rusiya bu ölkəyə 5,2 min avtomat və digər yüngül silah ixrac edib.

Hazırda MAR prezidenti Tauderin də mühafizəsini 40 nəfərlik rus muzdlu dəstəsi təşkil edir.

"Vaqner"in müqavilə ilə çalışan əsgərləri ölkənin bütün rayonlarına dağılıblar.

ÐаÑÑинки по запÑоÑÑ ÑенÑÑалÑÐ½Ð°Ñ Ð°ÑÑиканÑÐºÐ°Ñ ÑеÑпÑблика Vagner

Banqidə fəaliyyət göstərən sərbəst jurnalist Luis Kottoy MAR rəsmilərindən ruslar barədə söz soruşmağın mümkün olmadığını və dərhal təhdid olunmağa başlandığını söyləyir. “Əgər siz rusların olduğu yerlərə informasiya arxasınca yollansanız, aqibətiniz bəlli olmaya bilər...”, - jurnalist deyib.

Bundan başqa, rus muzdluları ölkənin 80%-nə nəzarət edən silahlı qruplaşmalarla da razılığa gələ bilirlər. Xəbərdə "Vaqner" rəhbərliyinin MAR-ın 3 əsas silahlı qruplaşması ilə danışıqlar apardığı qeyd olunur. Bunların içində keçmiş prezident Mişel Cotodi və “MAR-ın dirçəlişi” adlı qruplaşmasının rəhbəri Nurəddin Adam da var.

“Heç kim burada Rusiyanın xeyirxah məqsəd daşıdığına inanmır. Üstəlik, Rusiya və MAR rəhbərliyi arasında hansı razılığın əldə olunduğunu bilən də yoxdur. 3 media mənsubunun qətli isə bununla bağlı “jurnalist marağı” göstərənləri nə gözlədiyini açıq şəkildə ortaya qoyur”, - məqalədə yazılıb.


Tarix: 7-08-2018, 14:57
Xəbəri paylaş





Xəbər lenti