Ağ Evin sanksiyalardan bu qədər istifadə etməsi ABŞ-ın özünə ziyan vurur- “The Washington Post”


“ABŞ xarici siyasətində əsas vasitə kimi sanksiyalardan olduqca tez-tez istifadə edir. Lakin bu ölkənin dünyadakı avtoritetini azaltmaqla bərabər, dolları da zəiflədir”.

Musavat.com xəbər verir ki, bu fikir “The Washington Post” qəzetinin yazarı Kerol Morellonun yazısında qeyd olunub.

Administrasiya rəsmiləri isə bununla bağlı tənqidləri qəbul etmirlər.

ABŞ maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Siqal Mandelker sanksiyaların təsir edə biləcəyi insan hüquqlarının pozulduğu və korrupsiyanın hökm sürdüyü ölkələrə diqqət yetirməyi məsləhət görür:

“Biz şübhəsiz bu vasitələrdən düşüncə ilə və strateji olaraq istifadə edirik. Bəzi liderlərin törətdikləri vəhşilikləri görəndə və onların öz xalqının maddi sərvətlərini talan etdiyini düşünəndə, necə bu cür şəxsləri qlobal maliyyə sistemindən ayırmayasan?...”

ÐаÑÑинки по запÑоÑÑ sigal mandelker

“Gibson Dunn” hüquq firmasının analizlərinə görə, keçən il administrasiya mindən yuxarı hüquqi və fiziki şəxsi “qara siyahı”ya salıb.

Bu, Barak Obamanın prezidentliyinin son ilində təsdiqlədiyi sanksiyalardan 30%, ilk ilində fəaliyyəti zamanı tətbiq etdiyindən isə azı 3 qat çoxdur.

ÐаÑÑинки по запÑоÑÑ trump sanctions

“Sanksiyaya düşmək iqtisadi anlamda əsl ölümə bərabərdir. İstənilən administrasiya üçün sanksiya tətbiq etmək daha cazibəli görünür. Çünki bu tədbir zamanı öncədən hansısa xəbərdarlıq tələb olunmur, məhkəmə şikayəti qəbul edilmir və elə həmin gündəcə qüvvəyə minir. Konkret olaraq bu prezident (Tramp) üçün isə sanksiyalar əsl göydəndüşmədir”, - “Gibson Dunn”ın əməkdaşı Cudit Elison bildirib.

“Tənqidçilərin rəyinə görə, sanksiya siyahısının genişlənməsi onların effektivliyni azaldır. ABŞ-ın keçmiş maliyyə naziri Cek Lyu hələ 2016-cı ildə “sanksiyaların “ağının” çıxarılması”nın dünya biznesinin ABŞ maliyyə sistemindən uzaqlaşmasına və dolların qüdrətini sarsıdacağına dair açıqlama vermişdi”, - məqalədə qeyd olunub.

Müəllif Morello yazır: “ABŞ-ın müttəfiqlərində sanksiyalardan istifadə olunmasından dolayı hökm sürən məyusluq hissi İranın nüvə proqramı üzrə danışqlara gəlməsinə şərait yaradan çoxtərəfli konsensus və koalisiyaların yaranmasını əngəlləyir. Bütün bunlar isə digər ölkələri dollara alternativ axtarmağa məcbur edir”,


Tarix: 7-08-2018, 15:15
Xəbəri paylaş





Xəbər lenti