Bir paytaxtdan digərinə 2,5 saata... - Dünyanın ən sürətli klassik qatarını yaradacaqlar

Bir paytaxtdan digərinə 2,5 saata... - Dünyanın ən sürətli klassik qatarını yaradacaqlar
 
Rusiya Dəmir Yolları Almaniyanın “Siemens” şirkəti ilə birgə Moskva-Sankt-Peterburq marşrutu üzrə dəmir yolu üçün yeni yüksək sürətli qatarın hazırlanması haqqında saziş imzalayıb. 2028-ci ilə qədər istfadəyə verilməsi planlaşdırılan qatarın orta sürəti 360 km/saat olacaq və odünyanın ən sürətli klassik qatarı olacaq.
 
Moderator.az bu barədə Fransanın BFM telekanalına istinadla xəbər verir.
 
Rusiya “yüksək sürətli qatarlar sektorunda yeni sürətə keçmək” istəyir: Rusiya Dəmir Yolları şirkəti Almaniya nəhəngi “Siemens”lə əməkdaşlıq edərək, Moskva-Sankt-Peterburq magistral yolu üçün yeni qatar hazırlayır. Fransa kanalının verdiyi məlumata görə, layihənin məqsədi ölkənin ən yüklü xəttində orta hesabla 360 km/saat sürətlə hərəkət edəcək, bəzi yerlərdə isə sürəti 400 km/saata çatacaq qatarı istifadəyə verməklə səyahət vaxtını əhəmiyyətli dərəcədə azaltmaqdır. Beləliklə, Moskvadan Sankt-Peterburqa qədər 700 km məsafəni indiki kimisaata yox, 2,5 saata qət etmək mümkün olacaqBununla belə, tərtibatçılar bunun üçün çox iş görməli olacaqlarona görə də qatarın istifadəyə verilməsi 2028-ci ildən tez baş tutmayacaq.
 
Biz rusiyalı tərəfdaşla birlikdə yeni məhsul hazırlayırıqBu, sadəcə olaraq, 2028-ci ildən Moskva və Sankt-Peterburq arasında saatda orta hesabla 360 kilometr sürətlə hərəkət edəcək sürət qatarıdır”, - deyə BFM TV “Siemens” şirkətinin Rusiyadakı prezidenti Aleksandr Liberovun sözlərini sitat gətirir. Telekanalın məlumatına görə, qatarlar “Siemens” və Rusiyanın “Sinara” şirkətinin birgə müəssisəsi olan “Ural lokomotivləri” zavodunda istehsal olunacaq.
 
Telekanal xəbər verir ki, layihə uğurlu olarsa, yeni qatar dünyanın ən sürətli qatarlarından birinə çevriləcək və ən sürətli klassik qatar maqnit levitasiya qatarlarından sonra ikinci olacaq.
Tarix: 28-11-2021, 15:17
Xəbəri paylaş





Xəbər lenti