Təhlükəli ştamma yoluxanların sayı artdı


Almaniyanın Hessen federal əyalətində koronavirusun yeni “omikron” ştamına 4 yoluxma halı müəyyən edilib.
 
Siam.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
 
Yoluxanların hamısı hazırda karantinə salınıb.
 
Onların hansı ölkədən gəldiyi araşdırılır.
 
Bundan əvvəl Şimali Reyn-Vestfaliya federal əyalətində Cənubi Afrikadan gələn iki nəfərdə yoluxma aşkarlanıb.
 
Ümumilikdə, Almaniyada təhlükəli hesab edilən ştama yoluxanların sayı 6 nəfər təşkil edir.
 
Report
Tarix: 30-11-2021, 08:46
Xəbəri paylaş





Xəbər lenti