Saakaşvili məhkəmədə Putinin sirlərini faş elədi: “Lukaşenko dedi ki...”

Saakaşvili məhkəmədə Putinin sirlərini faş elədi: “Lukaşenko dedi ki...”

“Gürcüstan NATO-ya doğru gedirdi, lakin Putin...”
“İmedi” teleşirkətinin başçısı “Putinin layihəsi” imiş?
“Putin onu “Gürcüstanın gələcək prezidenti” adlandırmışdı” 
Hurriyyet.az gürcü mətbuatına istinadən xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bu gün Tbilisi Şəhər Məhkəməsində keçirilən iclas zamanı çıxış edərək, Putin ilə Lukaşenko arasındakı telefon danışığından bəhs edib. 
Bu gün Saakaşvilinin 2007-ci il 7 noyabr tarixində mitinqin dağıdılması və “İmedi” teleşirkətinin ofisinə basqınla bağlı ittiham edildiyi məhkəmə iclası keçirilib. 
Siyasətçinin sözlərinə görə, “Gürcüstan NATO-ya doğru gedirdi”, lakin Rusiya Prezidenti Vladimir Putin ona xəbərdarlıq edərək, bu prosesə mane olacağını bildirib.
Saakaşvili deyib ki, “İmedi” teleşirkətinin sahibi biznesmen Badri Patarkatsişvili Kremlin layihəsi olub. Gürcüstanın keçmiş prezidenti bu məlumatı Lukaşenkodan öyrəndiyini bildirib: “Lukaşenko məndən soruşdu: “Olimpiya Komitəsinin rəhbəri olan bu Arkadi (Badri-red.) kimdir? O mənim yanıma gəlib mənimlə görüşmək istəyir?”
Saakaşvilinin sözlərinə görə, bu söhbətdən sonra Patarkatsişvili Minskə yollanıb, Putin isə Lukaşenkoya zəng edərək deyib: “Uşaqlar gələcəklər Patarkatsişvili ilə danışaqlar. Onlarla görüşməyin vacib deyil”.
Saakaşvili Rusiya Federal Təhlükəsizlik Bürosunun üç generalının Belarusda Patarkatsişvili ilə görüşdüklərini deyib.
Saakaşvili deyib: “Bundan sonra Putin Lukaşenkoya bəyan edib ki, bu adam (yəni Patarkatsişvili – red.) – Gürcüstanın gələcək prezidentidir. Bu söhbət 2007-ci ilin sentyabrında olub. Patarkatsişvilinin pullarının hamısı Rusiyadan göndərilmişdi”.
Hürr Tərcüman
Tarix: 30-11-2021, 14:45
Xəbəri paylaş





Xəbər lenti