Şagirdlər və valideynlər müəllimənin hicaba görə azad olunmasına etiraz etdi...-FOTO

Şagirdlər və valideynlər müəllimənin hicaba görə azad olunmasına etiraz etdi...-FOTO
Kanadanın Kvebek ştatının Çelsi şəhərində valideynlər və ibtidai sinif şagirdləri hicab geydiyi üçün vəzifəsindən uzaqlaşdırılan müsəlman müəllimə dəstəklərini bildirmək üçün etiraz aksiyası keçiriblər. 
Moderator.az bu haqda xarici İslam saytlarına istinadla xəbər verir. 
 
Valideyn Amanda DeQreys deyib: "Bizim kiçik icmamızda belə şeylər baş verəndə valideynlər üçün şok olur".
 
Qərbi Kvebek məktəb şurası təsdiq edib ki, Ottavadan 20 km şimalda yerləşən Çelsi İbtidai məktəbində 3-cü sinif müəlliməsi Kvebek ştatında bəzi dövlət işçilərinə dini simvollar taxmağı qadağan edən "Bill 21" qanununa görə sinif müəllimi vəzifəsindən qovulub.
 
Valideynlər müəllimə dəstək olaraq məktəbin yaxınlığındakı hasara yaşıl lentlər asıblar...

Tarix: 10-12-2021, 10:05
Xəbəri paylaş





Xəbər lenti