Amnesty International İran rejiminə qarşı farsca internet saytı açıb

Habelə BBC, beynəlxalq birliyi İran hakimiyyətini ölkə daxilində və xaricində jurnalistlərə və onların ailələrinə qarşı “artan kampaniyasını” dayandırmağa məcbur etməyə çağırıb
Amnesty International beynəlxalq insan haqları qrupu farsdilli internet saytı açıb.
Təşkilat bildirir ki, bundan məqsəd İranda rejim tərəfindən yoxaçıxmalar, işgəncə və qanunsuz qətllər də daxil insan haqları pozuntularının kəskin artmasının ardınca informasiyaya girişi asanlaşdırmaqdır.
Təşkilatın dekabrın 10-da – Beynəlxalq İnsan Haqları Günündə açdığı internet saytı başqa materiallarlla yanaşı, “dəhşətli” insan haqları pozuntularının təhqiqatı və hüquqi təhlilıi barədə yazılar dərc edəcək, habelə bu “cəzasızlıq böhranı” ilə bağlı beynəlxalq icmaya tövsiyələr verəcək.
Bu saytın açılışı ərəfəsində habelə BBC, beynəlxalq birliyi İran hakimiyyətini ölkə daxilində və xaricində jurnalistlərə və onların ailələrinə qarşı “artan kampaniyasını” dayandırmağa məcbur etməyə çağırıb.
İrandan kənarda təhdidlər artıb
Amnesty International təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə direktor müavini Diana Eltahavi deyib ki, İran “dərin insan haqları böhranı” içindədir və yüzlərlə insanı ədalətsiz hökmlərlə edam gözləyir.
Bunların arasında cinayəti uşaq yaşlarında törədənlər, öz hüquqlarından dinc şəkildə istifadə etmək istəyənlər də var:
“Hakimiyyət tərəfindən qanunsuz olaraq öldürülmüş və ya yoxa çixmış minlərlə insanın ailəsi həqiqət və ədalət gözləyir, insan haqları müdafiəçiləri və dissidentlər isə repressiya və ədalətsizliyə qarşı çıxdıqlarına görə təqiblərlə üzləşir”.
BBC-nin bəyanatında isə bildirilir ki, onun Fars xidməti son on il müddətində təqib və hücumlara məruz qalıb, onların İrandakı qohumları həbs edilib və mülkiyyətləri müsadirə olunub:
“Ötən il ərzində BBC farsca xəbərlər proqramının heyətinə qarşı İrandan kənarda da hədələr artıb. Fars xidmətinin Londondakı əməkdaşları ölümlə hədələnib və polisə müraciət etməli olub”.
BBC Dünya Xidmətinin vəkilləri beynəlxalq birliyə müraciət edərək İrana qarşı təcili tədbirlərin görülməsinə çağırıblar.
BBC Fars xidmətinin qlobal həftəlik auditoriyası 22 milyondan çoxdur. Bunun 13 milyonu İranda yaşayanlardır.
Azadlıq radiosu
Tarix: 11-12-2021, 09:11
Xəbəri paylaş





Xəbər lenti