İsrail İrana hücum etməyə hazırlaşır


İsrail İrana hücum etməyə hazırlaşır

İsrail mətbuatı İsrail Ordusunun İranın nüvə obyektlərinə hücum etməyə hazırlaşdığını yazıb.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücum üçün 100-dən çox döyüş təyyarəsi və quru bölmələr istifadə ediləcəyi bildirilir. Hədəf İranın müxtəlif bölgələrindəki 4 nüvə mərkəzi olacaq.
İran və ABŞ Vyanada nüvə razılaşmasına qayıtmaq üçün danışıqları davam etdirərkən, İsrail İranın nüvə silahı istehsalının qarşısını almaq üçün düyməni basıb. İsrail Hərbi Hava Qüvvələri İrana qarşı hərtərəfli təlim üçün yaşıl işıq yandırıb. İsrail mətbuatının məlumatına görə, İsrail 100-dən çox təyyarə ilə İranın nüvə obyektlərini hədəf almağa hazırlaşır. F-15, F-16 və F-35-lər də daxil olmaqla döyüş təyyarələri 2022-ci ilin yazında İrana qarşı genişmiqyaslı hücumu simulyasiya edəcək.
İsrail mediasının məlumatına görə, hücumun hədəfi İranın dörd nüvə mərkəzi İsfahan, Ərak, Fordo və Natanz olacaq. Bu bölgələrə hava təyyarələri və xüsusi qoşunlar və yerdən kəşfiyyat hissələri tərəfindən müdaxilə ediləcək.
İsraildə çıxan Haaretz qəzetinin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri gözlənilməz istiqamətlərdən İrana hücum etməyi planlaşdırır. Təyyarələrin Böyük Britaniya, İtaliya və Yunanıstan kimi yerlərdə, eləcə də İsrail ərazisindəki bazalardan havaya qalxması ehtimalı var.
Bizimyol.info
Tarix: 11-12-2021, 22:29
Xəbəri paylaş





Xəbər lenti