Türkiyəli mafiya başçısının həyat yoldaşı paylaşımı ilə gündəmi yenidən qarışdırdı - FOTO

Türkiyəli mafiya başçısının həyat yoldaşı paylaşımı ilə gündəmi yenidən qarışdırdı - FOTO
Mütəşəkkil cinayət təşkilatının rəhbəri olmaqda ittiham olunan Sedat Pekerin həyat yoldaşı Özge Peker günlər sonra "İnstaqram" hesabında paylaşım edib.
 
Özge Peker paylaşımında “Sizlər üçün döndüm” ifadələrini işlədib. Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) bir müddətdir sosial mediaya giriş və internet məhdudiyyəti qoyulduğu deyilən Sedat Peker və ailəsinin səssizliyi davam edərkən, Özge Pekerin bu paylaşımı gündəmi yenidən qarışdırıb.
 
Sedat Peker'in eşi Özge Peker'den paylaşım: Sizin için döndüm
 
Övladı ilə fotosunu paylaşan Özge Peker, "Bizim üçün və xüsusilə Miloş üçün çox darıxdınız. Həmişə yazıb, maraqlandınız. "İnstaqram"a yenidən sizin üçün qayıtdım. Sizi çox sevirəm. Çox şadam” – sözlərini yazıb.
 
Sedat Peker'in eşi Özge Peker'den günler sonra ilk paylaşım
 
Qeyd edək ki, bir müddət əvvəl jurnalist İsmail Saymaz Pekerin yaxın çevrəsindən aldığı məlumatları bu cür şərh etmişdi:
 
"Yaxın ətrafından Sedat Peker haqqında məlumatlar öyrənməyə çalışdım. Mənə "Səhhəti də, əhvalı da yaxşıdır, onun saxlanması ilə bağlı xəbərlər əsassızdır. Başqa bir ölkəyə göndərilməsi xəbərləri də yalandır. Peker ailəsi, yaxın çevrəsi ilə birlikdə BƏƏ-də yaşamağa davam edir”.(Musavat.com)


Tarix: 12-12-2021, 23:05
Xəbəri paylaş





Xəbər lenti