G7 ölkələri Rusiyanı təhdid etdi - Ukraynaya hərbi müdaxilənin ağır bədəli olacaq



img
ABŞ, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Böyük Britaniyadan ibarət G7 ölkələri Rusiya prezidenti Vladimir Putinə Ukrayna məsələsi ilə bağlı çox açıq mesaj göndərib və Rusiya Ukraynaya hücum edəcəyi təqdirdə, bunun böyük bədəlinin olacağı ilə bağlı xəbərdarlıq edib.
Baki-xeber.com xəbər verir ki, bunu Liverpulda keçirilən G7 Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində keçirilən mətbuat konfransında Böyük Britaniyanın xarici işlər naziri Liz Truss deyib
"Bu G7 toplantısından Vladimir Putinə çox açıq bir mesaj göndərdik" deyən Truss iclasda, Rusiyanın Ukraynaya hər hansı müdaxiləsinin onlara baha başa gələcəyini və böyük nəticələri olacağı məsələsində qətiyyətli mesajlar verildiyini deyib.
Rusiyanın Ukraynaya müdaxiləsi zamanı Britaniyanın necə cavab verəcəyi ilə bağlı bütün variantların nəzərdən keçirildiyini bildirən Truss, ölkəsinin keçmişdə də Moskvaya diplomatik mesajlar göndərmək üçün iqtisadi sanksiyalardan istifadə etdiyini xatırladıb.

Tarix: 12-12-2021, 23:11
Xəbəri paylaş





Xəbər lenti