Ukraynada koronavirusa qarşı peyvənd əleyhinə aksiya keçirilib


Poltavada aksiyaçılar əllərində plakatlarlə Kiyev-Xarkov yolunu bağlayıblar
Ukraynanın Poltava şəhərində koronavirusa qarşı peyvəndin əleyhinə olan 100-ə yaxın şəxs dekabrın 12-də Kiyev-Xarkov avtomobil yolunu bağlayıb.
AYNA UNIAN Agentliyinə istinadən xəbər verir ki, peyvənd əleyhinə olanlar piyada keçidi ilə gəzərək Ukraynada bəzi kateqoriya vətəndaşlar üçün tətbiq edilən COVID-19-a qarşı məcburi peyvəndin ləğv edilməsini və insan hüquqlarına hörmət edilməsini tələb ediblər.
Yolda aksiyanın keçirilməsi nəticəsində yük maşınlarından ibarət böyük tıxac yaranıb.
Tarix: 13-12-2021, 09:07
Xəbəri paylaş





Xəbər lenti