BMT dünyada kasıbçılıqla bağlı həyəcan təbili çalır...

BMT dünyada kasıbçılıqla bağlı həyəcan təbili çalır...
Bəşəriyyətin inkişafını ləngidən və səhiyyə xidmətini çətinləşdirən pandemiya səbəbindən dünyada yarım milyard insan kasıbçılığın son həddinə düçar ola bilər.
 
Bu barədə bazar günü Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Dünya Bankı (DB) bəyan edib.
Məlumatı Day.Az saytı SİTA agentliyinə istinadən yayıb.
 
Dekabrın 12-də Ümumdünya səhiyyə xidmətləri ilə əhatə olunma günü münasibətlə dərc olunmuş iki məruzədə onlar qeyd edib ki, pandemiya tibbi xidmətlərin göstərilməsində çətinliklər və sağlamlığın mühafizəsində həddən artıq gərginlik yaradıb.
Bu səbəbdən son 10 ildə ilk dəfə əhalinin immunlaşdırma əhatəsi aşağı düşüb, vərəm və malyariyadan ölüm halları çoxalıb.
ÜST və DB qeyd edir ki, COVİD-19 pandemiyası çox güman ki, səhiyyə xidmətləri ilə əhatə olunma üzrə son iki onillikdə davam edən inkişafı dayandıracaq.
Bundan başqa, pandemiya 1930-cu ildən bəri ən pis iqtisadi böhran yaradıb, buna görə də insanlar müalicəyə ödəniş etməkdə çətinlik çəkir.
Belə vəziyyət yarım milyard insanı kasıbçılığın son həddinə çatdırır, bu səbəbdən insanlar bu xidmətlərə görə öz ciblərindən ödəniş etməyə vadar olur.
Məruzə müəəlliflərinin proqnozlarına görə, kasıbçılığın artmasını, gəlirlərin azalmasını və dövlətin vergi gəlirlərində getdikcə daha mürəkkəb vəziyyətlə qarşılaşdığını nəzərə alaraq, maliyyə çətinlikləri çox güman ki, daha intensiv olacaq.
Qeyd edilir ki, pandemiyadan öncə təxminən bir milyard insan öz büdcəsinin 10 faizindən çoxunu sağlamlığın mühafizəsinə sərf edirdi.
 
ÜST-nin baş katibi Tedros Adanom Hebreyesus dövlətlərə əhalinin tibbi xidmətlərlə əhatə olunmasını genişlındirməyə yönəldilmiş addımları dərhal bərpa edərək sürətləndirməyə çağırıb. Bu, səhiyyəyə və sosial dəstəyə dövlət xərclərini artırmağı nəzərdə tutur, bu zaman diqqət mərkəzində ilk yardım sistemi olmalıdır.
ÜST rəhbərinin sözlərinə görə, pandemiyadan öncə bir çox ölkələr irəliləyiş əldə edib, lakin o, kifayət qədər dayanıqlı olmayıb.
Hazırda elə səhiyyə sistemləri qurmaq lazımdır ki, kifayət qədər güclü olsun, gələcək pandemiyalara tab gətirsin, biz əhalinin səhiyyə xidmətləri ilə tam əhatə edilməsi  yolu ilə getməliyik,-o, fikrini belə tamamlayıb.

Tarix: 13-12-2021, 09:10
Xəbəri paylaş





Xəbər lenti