ABŞ-ın Suriyadakı hərbi bazası raket atəşinə tutuldu



Suriyanın Deyr əz-Zor vilayətinin şimalında yerləşən ABŞ hərbi bazası ərazisində bir neçə raket partlayıb.

Pravda.az-ın məlumatına görə, bu barədə "SANA" agentliyi xəbər verib.

"Əl Ömər" neft yatağının yaxınlığındakı Zeyban bölgəsində ABŞ hərbi düşərgəsi raket atəşinə tutulub.

Xəsarət alanlar və maddi ziyanın dəyməsi barədə məlumat verilməyib.
Tarix: 14-12-2021, 10:21
Xəbəri paylaş





Xəbər lenti