Rusiyadan nüvə raketləri ilə bağlı Avropaya xəbərdarlıq


Rusiyadan nüvə raketləri ilə bağlı Avropaya xəbərdarlıq

Rusiya Avropada ortamənzilli nüvə raketləri yerləşdirmək məcburiyyətində ola biləcəyini açıqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib.
O bildirib ki, NATO-nun da eyni planı var.
Ryabkov qeyd edib ki, NATO-dan gözlədikləri təhlükəsizlik zəmanətini ala bilməsələr, Qərblə aralarındakı böhran daha da böyüyəcək:
“Problemin siyasi və diplomatik həllini tapmamaq cavabımızın hərbi və texniki xarakter daşımasına səbəb olacaq”.
Qeyd edək ki, Ortamənzilli Nüvə Qüvvələri haqqında Müqavilə 1987-ci ildə ovaxtkı ABŞ Prezidenti Ronald Reyqan və Sovet İttifaqının lideri Mixail Qorbaçov arasında imzalanıb. Müqavilə bu raketlərin Avropada istifadəsini qadağan edir. Lakin ABŞ-ın keçmiş Pezidenti Donald Tramp 2019-cu ildə Rusiyanın müqaviləni pozduğunu əsas gətirərək müqaviləni tərk edib.
Tarix: 14-12-2021, 22:32
Xəbəri paylaş





Xəbər lenti