Avropa Parlamenti Ukrayna ilə bağlı qətnamə qəbul etdi

Avropa Parlamentinin üzvləri bu gün keçirilən plenar iclasda səs çoxluğu ilə Ukraynada vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyaların tətbiqinə hazırlaşmağa çağıran qətnamə qəbul ediblər. Qətnamənin lehinə 548 deputat səs verib, 69 deputat əleyhinə çıxıb, 54 deputat isə bitərəf qalıb.
Avropa Parlamentinin üzvlərinin fikrincə, Ukraynada vəziyyətin eskalasiyası halında sanksiyalara Avropa İttifaqındakı bütün aktivlərinin dondurulacağı və səyahət qadağalarının tətbiq olunacağı şəxslərin siyahısının genişləndirilməsi daxil edilməlidir.
Bundan əlavə, Rusiyanın SWIFT ödəniş sistemindən ayrılması təklif olunur ki, bu da Rusiya şirkətlərinin beynəlxalq maliyyə bazarından kənarlaşdırılmasına gətirib çıxaracaq. (“RİA Novosti”)
Siam.az
Tarix: 17-12-2021, 10:21
Xəbəri paylaş





Xəbər lenti