İran "omicrona" görə quru sərhədlərini bağlayır



İran yeni növ koronavirus (COVID-19) infeksiyasının Omicron ştamına yoluxma hallarının artmasına görə quru sərhədlərini bağlayır.
APA-nın Tehran bürosunun məlumatına görə, bu haqda İranın Koronavirusla Mübarizə Qərargahı qərar qəbul edib.
Bildirilib ki, İranın Türkiyə, İraq, Əfqanıstan, Azərbaycan, Ermənistan və Pakistanla quru sərhədləri bu gündən etibarən 15 gün müddətinə qapadılır.
Diqqətə çatdırılıb ki, pandemiya başlayandan bəri İranın Türkmənistanla quru sərhədləri bağlıdır.
Qadağa təhsil və ticarət (biznes) vizası olanlara, iş, müalicə və investisiya sənədləri olanlara şamil olunmur.
Tarix: 25-12-2021, 22:16
Xəbəri paylaş





Xəbər lenti