Milad bayramında dünyada 6 minə yaxın reys ləğv edilib



Koronavirusun "omikron" ştamının yayılması fonunda dünya aviaşirkətləri Milad bayramında təxminən 5,7 min reysi ləğv edib.
"Report" xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Təkcə ABŞ-da aviadaşıyıcılar həm daxili, həm də beynəlxalq uçuşların sayını 1 700 azaldıb.
Şirkətlər infeksiyanın artmasına baxmayaraq, milyonlarla insanın hələ də səyahət etməsi üçün mübarizə aparır. ABŞ Nəqliyyat Təhlükəsizliyi İdarəsi dekabrın 23-də ölkənin hava limanlarında 2,1 milyondan çox sərnişinin qeydiyyata alındığını qeyd edib.
Tarix: 26-12-2021, 07:53
Xəbəri paylaş





Xəbər lenti