ABŞ-dan Ukraynaya kəşfiyyat dəstəyi

ABŞ Müdafiə Nazirliyi Rusiyanın mümkün işğalı zamanı Ukraynaya sürətli kəşfiyyat məlumatları ötürmək mexanizmləri üzərində işləyir
 
Modern.az xəbər verir ki, bu barədə yüksək səviyyəli mənbələrə istinadən "The New York Times" məlumat yayıb. 
 
Bildirilir ki, Pentaqon rəsmilərindən ibarət kiçik bir qrupun bu yaxınlarda ölkənin hava hücumundan müdafiə sisteminə olan ehtiyacları qiymətləndirmək üçün Ukraynaya səfər edib.
 
Pentaqonun sözçüsü Con Kirbi bu barədə məlumatı təkzib etməyib.
 
Tarix: 26-12-2021, 08:40
Xəbəri paylaş





Xəbər lenti