Avropa İttifaqı Rusiyaya qarşı 290 milyard avro dəyərində iddia qaldırıb



Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı Avropa mallarının qanunsuz ayrı-seçkiliyi ilə bağlı iddialarını 290 milyard avro dəyərində qiymətləndirib.
“Report” xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti Aİ-nin şikayətinin mətninə istinadən məlumat yayıb.
Avropa İttifaqı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) müraciət edib. Aİ-nin iddiaları Rusiyanın idxalı əvəzləmə siyasəti ilə bağlı üç tədbirlə bağlıdır.
İlk iddiada dövlət satınalmaları ilə bağlı müraciətlərin ayrı-seçkilik əsasında qiymətləndirilməsi yer alıb. Belə ki, dövlətə aidiyyəti olan Rusiya şirkətləri əsassız üstünlüklər əldə edir, həmçinin tenderlərdə 15-30% aşağı qiymətə təkliflər verirlər. Təkliflər aşağı olsa da bu müəssisələr sonradan öz işlərinə görə tam məbləği alırlar.
İkinci ayrı-seçkilik tədbiri xaricdə mühəndislik məhsullarının əldə edilməsi üçün ilkin icazələrin alınmasıdır.
Həmçinin, Aİ milli satınalma kvotalarından da narazıdır. Belə ki, 250-yə yaxın mal qrupunun 90 faizi yerli istehsal məhsulları olmalıdır:
“Bu qarışıq məhdudiyyətlər və təşviqlər xarici istehsalçılara qarşı ayrı-seçkilik yaradır və Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozur” , - deyə məlumatda qeyd edilir.
Tarix: 26-12-2021, 09:28
Xəbəri paylaş





Xəbər lenti