Rusiyada magistral yolda 22 avtomobil toqquşub, ölən və xəsarət alanlar var


Rusiya Federasiyasının Başqırdıstan Respublikasında magistral yolda 22 avtomobilin iştirakı ilə qəza baş verib.
"Report" xəbər verir ki, bu barədə TASS Başqırdıstanın yol polisinə istinadən məlumat yayıb.
Hadisə nəticəsində bir nəfər ölüb, beş nəfər xəstəxanaya aparılıb.
Hazırda yolda hərəkət məhdudlaşdırılıb.
Tarix: 26-12-2021, 13:38
Xəbəri paylaş





Xəbər lenti