Pentaqon müttəfiqlərinə ümid verdi... - ABŞ Aralıq dənizində təyyarədaşıyan gəmi yerləşdirir

Pentaqon müttəfiqlərinə ümid verdi... - ABŞ Aralıq dənizində təyyarədaşıyan gəmi yerləşdirir
ABŞ-ın "Harri Trumen" təyyarədaşıyan gəmisi və onun zərbə qrupu Aralıq dənizində qalacaq. ABŞ Müdafiə Nazirliyi Ukrayna ətrafında baş verən hadisələrlə bağlı hazırkı gərgin vəziyyətdə Vaşinqtonun Avropadakı müttəfiqlərini ümidləndirmək məqsədilə belə bir qərar qəbul edib.
 
Moderator.az bildirir kibu barədə Böyük Britaniyanın nüfuzlu “Daily Mail nəşri yazır. Nəşrin materialında vurğulandığı kimi, Ukrayna böhranının kəskinləşməsi fonunda Pentaqon Aralıq dənizində başda “Harri Trumen” təyyarədaşıyan gəmisi olmaqla aviadaşıyan zərbə qrupunun tərk edilməsi barədə göstəriş verib. İngilis tabloidinə görə, Süveyş kanalı vasitəsilə Aralıq dənizini tərk etməli olan qrup hələlik Yunanıstan və İtaliya arasında qalacaq.
 
ABŞ Müdafiə Nazirliyi rəsmisinin Amerika mediasına verdiyi müsahibəsinki sözlərinə görə, Pentaqonun rəhbəri Lloyd Ostin tərəfindən təsdiqlənmiş aviadaşıyan zərbə qrupunun marşrutunun tənzimlənməsin məqsəd Vaşinqtonun avropalı müttəfiqlərini ümidləndirmək və onlarregional təhlükəsizliyi təmin etmək üçün ABŞ-ın hələ də hazır olduğunu başa salmaqdır. Eyni zamanda, nəşrin müxbirinin vurğuladığı kimi, məmur Rusiyanın Ukrayna ilə sərhəddə hərbi varlığının genişləndirilməsindən bəhs etməyib.
 
Müəllif qeyd edir ki, Amerika təyyarədaşıyan gəmisinin və onun aviadaşıyan zərbə qrupunun Aralıq dənizində yerləşdirilməsi ABŞ və Rusiya arasında yanvarın 10-na planlaşdırılan və təhlükəsizlik məsələlərinin müzakirə olunacağı danışıqlar ərəfəsində həyata keçirilib.
 
“Prezident Baydenin Ukraynaya yanaşması aydın və ardıcıl olub və belə də qalır: o, bizim ittifaqımızı birləşdirərək iki sahədə, yəni məhdudlaşdırma və diplomatiya sahəsində birgə işi inkişaf etdirmək niyyətindədir. Rusiya Ukraynaya qarşı hücuma başlasa, bunun ağır nəticələri ilə üzləşəcək və bu nəticələrlə bağlı biz vahid cəbhə kimi çıxış edirik. Amma biz həm də başqa bir məsələdə həmrəyik - möhkəm prinsiplər əsasında Rusiya ilə diplomatik dialoqu davam etdirməyə hazırıq", - deyə ABŞ prezidenti yanında Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Daily Mailə müsahibəsində bildirib. “Qarşıdakı danışıqlarda Rusiya öz narahatlığını ifadə edə biləcək və biz də Rusiyanın atdığı addımlarla bağlı öz fikirlərimizi bildirəcəyik. Bəzi məqamlarda irəli gedə biləcəyik, amma bəzilərində razılığa gələ bilməyəcəyik. Amma diplomatiyanın mənası da elə budur”, - deyə Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi əlavə edib.
 
“Daily Mail” müxbirinin xatırlatdığı kimi, yanvarın 12 və 13-də Rusiyanın da iştirakı ilə danışıqların baş tutacağı gözlənilir: Rusiya diplomatları əvvəlcə NATO, daha sonra isə ABŞ-ın da daxil olduğu ATƏT nümayəndələri ilə görüşəcək. Tarixləri artıq Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da təsdiqləyib və o da bildirib ki, görüşlər Rusiya və ABŞ prezidentlərinin iyulda ilk ikitərəfli sammitinin baş tutduğu Cenevrədə keçiriləcək. Nəşrin məlumatına görə, yanvarın 10-da baş tutacaq görüş Bayden və Putinin iyunda irəli sürdüyü strateji təhlükəsizlik dialoqu təşəbbüsü çərçivəsində baş tutacaq.
 
Nəşr yazır ki, Rusiya əvvəllər Ukrayna ilə sərhədə yaxın ərazidə 100 min hərbçi yerləşdirmişdi, buna görə də Qərb Moskvanın müdaxilə edə biləcəyindən ehtiyatlanmağa başladı. Qəzet xəbər verirr ki, Kreml dəfələrlə hücum planlaşdırdığını təkzib edib və danışıqlar ərəfəsində Vladimir Putin 10 min əsgərini sərhəddən çıxarıb. Bu arada, qarşıdan gələn danışıqlarla bağlı bəyanatlar fonunda Rusiya silahlı qüvvələri qismən Ukrayna sərhədlərinin bilavasitə yaxınlığında keçirilən irimiqyaslı təlimləri davam etdirir. Məqalənin müəllifinin fikrincə, bununla Kreml Yeni il qabağı NATO-nu hazırkı vəziyyətin nə qədər ciddi olduğu barədə xəbərdar etmək istəyir.
 
Tarix: 30-12-2021, 08:49
Xəbəri paylaş





Xəbər lenti