Bayden Putinə planlarından danışacaq - "Vaşinqton Post"


ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə danışıqlarda Vaşinqtonun Moskvaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə hazır olması barədə məlumat vermək niyyətindədir.
Siam.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.

Ağ Ev administrasiyasının yüksək rütbəli rəsmisinin sözlərinə görə, Amerika lideri bütün məsələləri diplomatik vasitələrlə həll etmək istəyini nümayiş etdirəcək. Bununla belə, o, Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək, NATO-nu gücləndirmək və Moskva ilə Kiyev arasında münaqişə kəskinləşərsə, Ukraynanı silahlandırmaq planlarını da açıqlayacaq.
Qeyd edək ki, bu gün Putinlə Bayden arasında telefon danışığı gözlənilir. Axar.az
Tarix: 31-12-2021, 08:41
Xəbəri paylaş





Xəbər lenti