Amerikalı senator “omikron” ətrafında yaradılan ajiotajdan şikayətlənib



ABŞ senatoru Marko Rubio ölkədə koronavirusun "omikron" ştammının kəskin şəkildə artması ətrafında yaranan situasiyanı şərh edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, özünün tvitter hesabında yazıb.
Senatorun fikrincə, “boğaz ağrısı” ilə bağlı rekord sayda müsbət testlərin çıxması böhran sayıla bilməz. Əsl böhran isə insanlarn hər hansı bir simptom olmadan, 10 gün ərində heç bir iş görmədən evdə oturmaları ilə əlaqədar yaranan “irrasional isteriya”dır.
Bununla Marko Rubio vətəndaşların sadəcə boğaz ağrısı ilə kütləvi halda COVİD-19 testlərinə baş vurmasını tənqid edib.
Qeyd etmək lazımdır ki, ABŞ-ın infeksion xəstəliklər üzrə aparıcı mütəxəssisi Entoni Fauçi "omikron" ştammı ilə yoluxma zirvəsinin hələ yanvar ayının sonuna təsadüf edə biləcəyini söyləyib.
Tarix: 1-01-2022, 21:22
Xəbəri paylaş





Xəbər lenti