Türkiyə Vətən Partiyasının sədri: “Süleymani bizim də qəhrəmanımızdır“

Türk siyasətçi: “Süleymani bizim də qəhrəmanımızdır“
“Qasim Süleymani həm də bizim şəhidimiz və qəhrəmanımızdır, çünki təhlükəsizliyimiz üçün vuruşub".
 
Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Vətən Partiyasının lideri Doğu Perinçek "Habertürk"ə müsahibəsində bildirib.
 
O, "Qüds" qüvvələrinin mərhum komandanını terrora qarşı regional mübarizəsidə region ölkələrinin qəhrəmanı adlandırıb.
 
Perinçek əlavə edib: "Mehmetçik TSK-nın əməliyyatlarında iştirak etdiyi kimi, Süleymani də yaxın dostumuz və qardaşımıztək bölgədə İŞİD və PKK terroruna qarşı çıxıb, onlarla vuruşub və buna görə də qəhrəmandır. Bu baxımdan bizim də şəhidimizdir".

Tarix: 4-01-2022, 10:59
Xəbəri paylaş





Xəbər lenti