Hökumət xalqın tələbini yerinə yetirdi... - Qaldırılmış qiymət endirildi...

Hökumət xalqın tələbini yerinə yetirdi... - Qaldırılmış qiymət endirildi...
Sabah - yanvarın 5-də Prezident  hökumətlə respublikadakı sosial-iqtisadi vəziyyətlə bağlı müşavirə keçirəcək...
 
Qazaxıstan hökuməti üç günlük etirazlardan sonra qazın qiymətini endirdiyini açıqlayıb
 
Moderator.az xəbər verir ki, yerli "Tengrinews" portalı bu haqda Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadla məlumat yayıb.
 
Qazaxıstan hökuməti “qaz” aksiyası iştirakçılarının tələblərini qəbul edib və Manqistau vilayətində avtomobillər üçün yanacağın qiymətini 50 təngə (təxm. 19 qəp.)) müəyyən edib. Həmçinin meydanda olan etirazçılara məsuliyyətə cəlb olunmayacaqlarına dair təminatlar verilib.
 
“Hökumət komissiyası Aktau şəhərində meydana toplaşan fəallarla görüşüb. Görüşdə Aktau şəhərinin təşəbbüs qrupu ilə danışıqlar zamanı qəbul edilmiş qərarlar, yəni mayeləşdirilmiş qazın maya dəyərinin aşağı salınması və Manqistau vilayətində 1 litr üçün 50 təngə müəyyən edilməsi barədə qərarlar açıqlanıb. Tərəflər həmçinin yaranan bütün problemləri konstruktiv dialoq əsasında və mövcud qanunvericilik çərçivəsində həll etmək barədə razılığa gəliblər”, - deyə hökumət bildirib.
 
Etirazçılar hökumətin qazın qiymətinin aşağı salınması vədi ilə kifayətlənməyib. Aktauda meydana toplaşan insanlar çadırlarını qurub, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüş tələb ediblər.
Qazaxıstanda üçüncü gündür ki, “qaz” etirazları davam edir.
Ən kütləvi aksiyalar Mangistau vilayətinin inzibati mərkəzi olan Aktauda keçirilir. Orada 16 minə yaxın insan toplaşıb. Janaozendə 10 minə yaxın etirazçı küçələrə çıxıb. Narazı insanlar Nur-Sultanda da mitinq keçiriblər, onlar Aktauda etirazçılara dəstək üçün telekörpü təşkil etməyi tələb ediblər.
Atırauda yüzlərlə etirazçı toplaşıb. İnsanlar etirazçıların qarşısını almağa çalışan təhlükəsizlik əməkdaşları ilə münaqişəyə girirlər. Yerli mətbuatın yazdığına görə, çoxuşaqlı analar və jurnalistlər Jambil vilayətinin inzibati mərkəzi olan Tarazda mitinqə gəlib. Bundan əlavə, etirazçılar Çimkent və Kokşetauda da saxlanılıb.

Etiraz aksiyaları həbslərlə müşayiət olunub. Qazaxıstanın paytaxtında yanvarın 4-də şəhər administrasiyası yaxınlığında aksiya keçirən azı üç nəfər saxlanılıb. Çimkənddə polis 10-dan çox adamı saxlayıb. Bu iki şəhərdə insanlar qazın qiymətindən narazılıqlarını ifadə etməklə yanaşı, həm də  "Şal, get!"("Qoca, get!") şüarıyla Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevi siyasətdən çəkilməyə çağırıblar...
 
Bu arada  Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə keçirilən “qaz” aksiyalarının iştirakçılarına müraciət edib. O, nümayişçilərdən “destruktiv şəxslərin çağırışlarına uymamağı” xahiş edib. Onun bəyanatı Qazaxıstan liderinin rəsmi "Tvitter" səhifəsində yerləşdirilib.
Yanvarın 5-də prezident Tokayev hökumətlə respublikadakı sosial-iqtisadi vəziyyəti ilə bağlı müşavirə keçirəcək.
Sultan Laçın

Tarix: 4-01-2022, 22:20
Xəbəri paylaş





Xəbər lenti