Almatı şəhərində və Manqistau vilayətində fövqəladə vəziyyət elan edildi


Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Manqistau vilayətində və Almatı şəhərində fövqəladə vəziyyətin tətbiqi haqqında fərman imzalayıb.
 
Siam.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
 
Fövqəladə vəziyyət 5 yanvar 2022-ci il saat 01:30-dan 19 yanvar saat 00.00 dəqiqəyə qədər qüvvədə olacaq.
 
Bildirilib ki, fərman ictimai təhlükəsizliyin təmin edilməsi, asayişin bərpası, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi məqsədilə imzalanıb.
 
Report
Tarix: 5-01-2022, 08:08
Xəbəri paylaş





Xəbər lenti