Niyə Çeçenistanın lideri Türkiyə ilə mübahisəyə girişib?

Niyə Çeçenistanın lideri Türkiyə ilə mübahisəyə girişib?
Bu yaxınlarda Vladimir Putin və Rəcəb Tayyib Ərdiğan arasında baş tutan telefon danışığında liderlər Rusiya ilə Türkiyə arasında bundan sonra da qarşılıqlı tərəfdaşlıq münasibətlərinin fəallaşmasına kökləndiklərini təsdiq ediblər, - Kremlin mətbuat xidmətinin məlumatında belə deyilir.
 
Lakin rəsmi məlumatlardan kənarda iki ölkə arasında münasibətlərin mənzərəsi   heç də ümidverici təsir bağışlamır.
 
Bu hələ bir yana qalsın, ölkələr arasında Suriya və Ukrayna məsələsində ixtilaflar mövcuddur, bu yaxınlarda isə yeni böhran yaranıb və onun da katalizatoru rolunda Çeçenistanın lideri Ramzan Kadırov çıxış edib.
 
Putinin sadiq tərəfdarı olan Kadırov Çeçenistanda parkların birinə həbsdə olan kürd yaraqlılarının lideri, 1nömrəli xalq düşməni Abdulla Ocalanın adının verilməsi təklifi ilə Türkiyə ilə Rusiya arasında yeni küsülülüyə rəvac verib.
 
Bu, Türkiyənin parklarının birinə Çeçenistan lideri, 1990-cı illərdə müstəqillik uğrunda mübarizə aparan Cövhər Dudayevin adının verilməsinə olan cavab idi.
 
"Mən açıq şəkildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edirəm. Seçim edin! Ya siz terrorçulara açıq dəstək verən dövlət statusu qazanırsınız, ya da Rusiya Federasiyası ilə dürüst və şəffaf münasibətlərə tərəfdar olursunuz", -Kadırov özünün Telegram-kanalında belə yazıb.
 
Nə qədər təəccüblü olsa da, Kadırovun bu ekstravaqant ideyasına rəsmi Moskva dəstək verib. Kremlin mətbuat katibi Dmitri Peskov iddia edib ki, Kadırovun reaksiyası "emosional", amma "ağlabatan"dır: "Biz artıq diplomatik kanallarla Türkiyəli həmkarlarımızı xəbərdar etmişik, yumşaq desək, biz Türkiyə şəhərlərində belə adları bəyənmirik".
 
Rusiya Federasiyası XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova öz növbəsində bəyan edib ki, Türkiyədə Dudayevin adına parkın açılması qəbuledilməzdir və bu addım "bütün beynəlxalq birlik tərəfindən pislənilməlidir".
Bu Çeçenistan və Türkiyə liderləri arasında yeni qarşıdurma nümunələrindən yalnız biridir.
 
Bu yaxınıarda Türkiyədə çeçen diasporunun üzvləri Kadırovu 1 ADAT  və Security Turkey kimi rəqəmsal platformalar vasitəsilə ifşa edib.
 
Rusiyada Kadırovun təşəbbüsü ilə 1 ADAT müxalif hərəkatla əlaqəli saytlar və səhifələr ötən ilin sonunda bloklanıb. Lakin iş bününla bitməyib: Al-Monitor saytının məlumatına görə, Türkiyədə çeçen müxalifətinin nümayəndələri özlərinin izləndiklərini müəyyən edib. Bu işin araşdırılması çərçivəsində Türkiyə polisi Aralıq dənizi əyalətinin Antalya bölgəsində iki çeçeni saxlayıb. Onların identifikasiya kodları Hamzat Dokuyev və Badruddin Kimayev olub, verilən məlumata görə, hər ikisi Kadırova yaxın adamlardır.
 
Bundan başqa, noyabrda Türkiyə hakim dairələrinin Rusiyanın ifşa edilmiş casus şəbəkəsinin üzvlərinin, şayiələ görə, Çeçenistan lideri ilə əlaqələri olub. Aparılan əməliyyatın gedişində Türkiyə polisi 6 nəfər şübhəli şəxsi həbs edib, onların birinin evində isə lusenziyasız lazer və səsboğucusu olan tapança aşkar edib.
 
Dindirilmə zamanı həbs edilənlərdən biri türk prokurorlarına deyib ki,
 
Kadırovun əmiuşaqları Adam Delimxanov və Kazbek Dukuzov ona çeçen dissidentlərinin Türkiyədə qətlini təşkil etməyə əmr edib.
 
Delimxanova və Dukuzovun Kadırovla sıx əlaqəsi var, xaricdə çeçen dissidentlərinə qarşı çoxsaylı ağır cinayətlərdə ittiham edilir. Dukuzovun adı 2004-cü ildə Moskvanın mərkəzində güllənənən amerikalı jurnalist Pol Xlebnikovun qətli ilə bağlı, gürcü jurnalisti Georgi Qabuniya və çeçen dissidenti Mamexan Umarova sui-qəsddlə bağlı açılan cinayət işlərində hallanır.
 
Bu arada Delimxanov sabiq çeçen komandiri Sulim Yamadiyev və Kadırovun tənqidçisi Umar İsrailovun qətlinə təhrik etməkdə ittiham edilir.
 
Əvvəllər Kadırovun adamları Türkiyənin ərazisində sərbəst hərəkət edərək çeçen rejiminin düşmənlərini izləyə bilirdilər, amma indi vəziyyət dəyişib.
 
"Hazırda biz Türkiyənin kəşfiyyatı və təhlükəsizlik qüvvələrinin münasibətində dəyişikliyi görürük, - bunu adının anonim saxlanılması şərtilə Al-Monitorun çeçen mənbəsi deyib.- Deyə bilərəm ki, son zamanlar onlar burada olan çeçen qaçqınları ilə əməkdaşlıq şəraitində Kadırovun adamlarını daha diqqətlə izləyir".
 
Türkiyədə çeçenlərin qətlində günahlandırılan Kadırovu çətin ki, Ankarada populyar adlandırmaq olar. O, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və Bəhreyn kimi islam ölkələrini sərbəst ziyarət etdiyi halda, ən böyük çeçen diasporunun yaşadığı Türkiyəni ziyarət etməkdə çətinliklərlə üzləşir.
 
Lakin iki çeçen düşərgəsi arasında olan düşmənçiliklə yanaşı, Kadırovun Ankara ilə qarşıdurması Kremlin Ankaradan narazılığı ilə bağlıdır. 
Onun Ankaranın ünvanına təpkilərini Moskvanın Ankaraya Ukrayna ilə hərbi əməkdaslığına və Krım yarımadası probleminin ikinci plana keçirilməsinə etirazına cavab kimi baxmaq lazımdır.
 
Ötən ilin mayında Zaxarova Ankaranın Krımla bağlı bəyanatını hücumla qarşıladı. "Əgər bu ritorika  davam edərsə, biz Türkiyədə analoji problemlərə diqqət yetirməyə məcbur olacağıq. Biz bunu istəmirik və mən ümid edirəm ki, Türkiyə XİN-də bizi bu gün eşidəcəklər", - o, belə deyib.
 
Aleksandra Appelberq,
"Detali".

Tarix: 5-01-2022, 08:16
Xəbəri paylaş





Xəbər lenti