Daha bir siyasətçi tvitter tərəfindən bloklandı



Daha bir siyasətçi tvitter tərəfindən bloklandı
   
ABŞ-ın Respublikaçılar partiyasından Nümayəndələr palatasının üzvü Teylor Qrinin tvitterdəki şəxsi akkauntu şəbəkə rəhbərliyi tərəfindən bağlanıb.
Paralel.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Buna əsas səbəb respublikaçı siyasətçinin koronavirus pandemiyası haqqında fikirləri olub. Teylor Qrin “COVİD-19 “a qarşı peyvəndlərin heç bir işə yaramadığını yazırmış. Tvitter “strayklar” adı verilən süni intellekt sisteminin köməyi ilə onun hesabını öncə 12 saatlıq, daha sonra isə birdəfəlik qapadıb. Adı çəkilən Konqres üzvü irqçi baxışları, sui-qəsd nəzəriyyələrinə hədsiz aludəçiliyi ilə də tanınr. Məsələn o, 2020-ci il seçkilərinin saxtalaşdırıldığını dəfələrlə dilə gətirib, hətta bir sıra demokrat siyasətçilərə, o cümlədən Palatanın spikeri Nensi Pelosiyə qarşı zorakılıq çağırışları edib.
Teylor Qrinin hərəkətləri öz parityadaşlarını da o qədər bezdirib ki, hətta “Respublikaçılar”ın Senatdakı fraksiyasının lideri Mitç Makkonel onu “xərçəng şişi” aldandırıb. Bundan başqa, konqresvumen Nümayəndələr palatasının komitələrinin işindən də kənarlaşdırılıb.
Tarix: 5-01-2022, 09:47
Xəbəri paylaş





Xəbər lenti