İlon Mask yeni maliyyə böhranını anons etdi


İlon Mask yeni maliyyə böhranını anons etdi

“Tesla”-nın qurucusu İlon Mask yeni maliyyə böhranının 2022-ci ilin yazında və ya yayında başlaya biləcəyini proqnozlaşdırıb.
Cebhe.info bu barədə iXBT.com-a istinadən yazır.
Bir istifadəçi “Twitter”-də ümumi bazar dəyəri 1 milyard dollar olan 936 startapın siyahısını dərc edib və Maskdan siyahının beş ildən sonra necə görünəcəyini soruşub.
“Tesla”nın rəhbəri cavab verib ki, onlardan bir neçəsi növbəti tənəzzüldən salamat çıxacaq. O, vaxt haqda da danışıb:
“Makroiqtisadiyyatı proqnozlaşdırmaq, yumşaq desək, asan deyil. Daxilən hiss edirəm ki, bu, təxminən 2022-ci ilin yazında və ya yayında baş verəcək, lakin 2023-cü ildən gec olmayaraq olacaq”.
Tarix: 5-01-2022, 23:32
Xəbəri paylaş





Xəbər lenti