Qərbdə revanşist əhval genişlənib – “Kalininqrad Könnisberq olacaq”



Qərb mətbuatında Rusiyanın Kalininqrad vilayətinə münasibətdə revanşist şərhlər çoxalıb.
Britaniyanın «The Telegraph» qəzetində və Almaniyanın «Die Zeit» nəşrində iki həftəlik intervalla Rusiyaya aid məqalə dərc olunub. Qərb oxucuları bu məqalələrə revanşist şərhlər yazıblar. Şərhlərdə Baltikdəki Rusiya eksqlavının mənsubiyyətindən söhbət açılır.
Əvvəlcə Britaniya qəzetində «Ukraynanı Putinin təcavüzündən xilas etmək üçün vaxt var» başlıqlı məqalə çıxıb. Britaniya jurnalisti Mark Qalettinin qeydləri mifologiyalaşdırılmış ştammlarla doludur (hərbi fəaliyyəti istisna etmək olmaz, xüsusilə də onunla bağlı ki, Putinə tezliklə özünün «korlanmış» reputasiyasını xilas etmək lazımdır), amma ən maraqlısı şərhlərdədir. Hansısa bir istifadəçi Maykl Petek yazır: «Putinə xəbərdarlıq edilməlidir ki, əgər o, Ukraynaya hücum edərsə, Kalininqrad Könnisberqə çevriləcək».

Uyğun xəbərdarlığı Almaniya saytında da oxuyuruq. Bu qəzetdə Vladimir Putinin rusiyalılara yeni il müraciəti analiz olunur. Müəllif Prezidentin 2021-ci ilə yekun vuran sözlərinə diqqət yönəldib: «Biz, milli maraqlarımızı müdafiə etdik». Bunun cavabında «Dingoeurope» niki altında yazan almaniyalı istifadəçi belə yazıb: ««Milli maraqlarla» mütləq olaraq hər şeyi əsaslandırmaq olar. Təsəvvür edək ki, sabah bizim milli maraqlarımızda olacaq ki, Kalininqrad yenidən alman şəhəri olur. Və nə vaxt? Putin oradan gedəcək?».
Bundan əvvəl KİV-lər xəbər vermişdilər ki, 2021-ci ilin yayında Almaniyada seçkiqabağı plakat yerləşdirilmişdi və orada ölkə Üçüncü Reyxin sərhədləri daxilində göstərilmişdi. Plakatda Könnisberq (Rusiyanın Kalininqradı) və Elbinq (Polşanın Elblonqu) Almaniya ərazisi kimi göstərilmişdi.
Tarix: 6-01-2022, 08:28
Xəbəri paylaş





Xəbər lenti